Yaşam Koçu Təlim Proqramı

0
2432
Yaşam Koçu Təlim Proqramı

Yaşam koçu təlim proqramına qatılıb sertifikat alan insanlar, istər indiki iş həyatlarında yeni məlumatlar qazanıb həyatlarına davam edər, istərsə də fərdi şəkildə şəxsi həyatlarında həyat koçluğundan yararlana bilərlər. Məqsəd, yeni bir sənət öyrətməkdir. Proqramın məqsədi, adamın özünə daha çox vaxt ayırmasına və gələcəyinə bağlı daha dəqiq planlar qurmasına köməkçi olmaq, güclü və zəif tərəflərini kəşf etməkdən ibarətdir. Proqramın məqsədi, şəxsin, bu andakı mövcud vəziyyətdən hədəflədiyi vəziyyətə çatanadək, koçun formalaşdırdığı proqram çərçivəsində — şəxsin həyat sahələri, karyera, iş, maliyyə, səhiyyə, ailə, ictimai həyat və s. sahələrdə planlarını formalaşdırmaqdır. Yaşam koçları, fərdlərin hədəflərinə daha sürətli və təsirli surətdə çatmasına köməkçi olmaq məqsədilə professional bir xidmət verərlər. Yaşam koçu insanın həyatda necə xoşbəxt olabiləcəyi ilə maraqlanır. 

Koç, adamın özünə daha çox zaman ayırmasına və gələcəyi ilə bağlı daha dəqiq plan qurmasına kömək edər. 
 
Yaşam koçu, adamın öz potensialını kəşf etmək, daxili inkişafını, həyat məqsədini, hədəflərini və olmaq istədiyi nöqtəyə gəlib çatmaq üçün lazımlı yol xəritəsini çəkməyə kömək edər və bu yolda getməsinə kömək edər. 
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN