Liderlik Arzusunda Olan Gənclər ...

0
1976
Liderlik Arzusunda Olan Gənclər ...

Liderlik arzusunda olan gənclər,bu kitablar sizin üçün çox gözəl vəsaitlərdir. Yeni rəhbərlər üçün nəzərdə tutulmuş kitablar yeni-yeni addımladığınız bu yolda sizə ən önəmli tövsiyyələri təqdim edir:

1. "Liderlik və özünüaldatma" – Arbincer İnstitutu
Liderliyə başlamaq ərəfəsində olan gənclərə tövsiyə etdiyim 1-ci kitabdır. Bu kitab özünü kənardan öyrənməyə çalışan eqoist bir gənc haqqındadır.
 
2. "Yüksək səviyyəli insanların 7 vərdişi" – Stefan Kovi
Stefan Kovinin bu əsəri istənilən sahədə uğur qazanmış insanlara  xas olan 7 vərdişdən bəhs edilir. Bu vərdişlər öncəliklər, müzakirə etmək ,nəticələr və s. -dən ibarətdir.
 
3. "Dostlara necə qalib gəlməli və insanlara necə təsir etməli?" – Deyl Karnici
10 il bundan əvvəl yazılmış klassik əsərlərdən biri olan bu kitab,diqqət mərkəzində olan  insanlar üçün zamansız həqiqətlərdən danışır. 
 
4. "İdarəetmə" – Daniel Pink
Bu kitab insanların zamanla necə dəyişməsi və motivasiyası olunduğunu izah edir. Buraya stimullar, təltiflər, cəzalar, muxtariyyətə canatma, məharət və məqsəd  daxildir.
 
5. "Yüksək idarəetmə"   Rossan Badovski
Məncə,gənc lider olmaq istəyən hər kəs bu kitabi oxumalıdır. Bu kitab idarəetmə və təsiretmə metodlarını öyrədir. Kitab sağlam münasibətlər, inam  və dəyərdən bəhs edir.
 
6. "İlkin Rəhbərlik" – Daniel Qoleman, Riçard Boyatiz və Ani Makki
Bu klassik əsər oxuculara inandırmağa çalışır ki, emosional zəka idarəçilikdə Kral olmağın açarıdır. Liderlər duyğusal zəkalarını inkşaf etdirməlidirlər.
 
7. "360 dərəcəli Lider" – Con Maksvel
Bu kitab bizim ətrafımızda olanlara necə təsir etməyimizi,heç bir vəzifə və titulu olmayan insanların bizə necə təsir göstərməsini izah edir. Təsiri qazanmaq lazımdır.
 
8. "Made to Stick" – by Chip and Dan Heath
Bu kitab müvəqqəti effektiv ünsiyyət qurmağın yollarını öyrədir. Əsər həyatının dəyişməsinə səbəb olacaq və yaddaqalan,unudulmaz  əlaqələrlə bağlı araşdırmalar, tədqiqatlar əsasında yazılıb.
 
9. "Lider yaratmaq" – Dr. Robert Klinton
Bu kitab liderlik mərhələləri haqqındadır. Əsər liderlərin sağlam yetişməsi , bu sahə üzrə təcrübə  toplaması, liderlik xarakteri, liderlik üzrə formalaşma və gözəl sonluqdan bəhs edir.
 
10. "Talantlı olmaq heç vaxt kifayət deyil" – Con Maksvel
Bu kitab, sizdən xüsusi bir qabiliyyət və ya talant tələb etmədən, həyatda  xarakter və vərdişlərə necə yiyələnməkdən danışır və sonda hədiyyələrlə mükafatlandırılırsan. Bu çox ruhlandırıcı bir şeydir.
 
11. "Bir şeyi bilməlisən" – Markus Bakinqam
Bu kitab Güclü Liderliyin kralı tərəfindən yazılıb. Əsərdə  uğurlu həyat və lider olmaq üçün yalnız bir ən vacib məqama toxunulur. Bu məqam uğura gedən yolu açır.
 
12. "Vərdişlər – Liderlik qabiliyyətini və münasibətləri formalaşdıran təsvirlər"
Bu əsərdə təsvir edilənlər və hekayələr vasitəsi ilə liderliyin zamansız prinsiplərini anlamaq arzusunda olan gənc rəhbərlərə, mən, bu kitabı tövsiyə edərdim.
 
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN