Mükəmməl Lider Necə Olmalıdır?

0
29976
Mükəmməl Lider Necə Olmalıdır?

Mükəmməl liderin ən vacib səciyyəvi xüsusiyyətləri nələrdir? Siz düşünün və mən sizə ən yaxşı liderin əlamətlərini sayım:

Özünü tanıma;
Siz daxili emosional vəziyyətiniz barədə gizli biliyə maliksiniz. Siz güclü və zəif tərəflərinizi bilirsiniz. Siz nə zaman axarında işlədiyinizi və nə zaman işlə həddən artıq yükləndiyinizi bilirsiniz. Maksimum potensiala çatmağınıza təkan verəcək imkanlarınız və çatışmazlıqlarınız da daxil olaraq özünüzü tanıyırsınız.
 
Özünü idarəetmə;
Siz güclü və effektiv yolla özünüzü idarə edə bilərsiniz. Siz məqsədə necə nail olmaq, tapşırıqları necə formalaşdırmaq və ləngimələri necə aradan götürmək lazım olduğunu bilirsiniz. Siz layihələr üçün necə enerji yaratmaq və qəzəbləndiyiniz zaman özünüzü necə sakitləşdirməyi bilirsiniz. Siz lazım olduğunda tez qərar verə, lakin masa arxasında bütün seçimləri tələsmədən müzakirə edə bilirsiniz.
 
Görmə;
Siz özünüzdən daha böyük olan hədəfə doğru çalışırsınız. Bu komandanın uğuru kimi kiçik, lakin dünya sülhünə nail olmaq kimi böyük görmə ola bilər. Gələcəyə istiqamətlənərək çalışmaq, şəxsi maraqlar uğrunda çalışmaqdan daha ruhlandırıcıdır.

Motivasiya etmək bacarığı;
Liderlər insanlara nəyi etməli olduqlarını deyərək rəhbərlik etməməlidirlər. Əvəzində liderlər insanların onlara kömək etməyi istəmələrinə səbəb olmalıdırlar. Bunun əsas hissəsi, başqalarına yardım etmək üçün şəxsi istəklərinizi təkmilləşdirməkdir. Başqaları sizin onlara kömək etmək istədiyinizi düşündükdə,onlar da öz növbəsində sizə yardım edəcəklər.
Sosial şəbəkələri və buradakı əsas təsirediciləri başa düşmək,liderliyin digər əsas hissəsidir. Kim təşkilatda rəsmi və qeyri-rəsmi olaraq ən böyük gücə malikdir? Kim qrupun ürəyi funksiyasını daşıyır?

Emosional zəka və liderlik;
Bu səciyyəvi cəhətlərin çoxu emosional zəka ilə birbaşa bağlıdır. Yüksək emosional zəkaya malik liderlər,təbii olaraq, daha çox özlərindən agah olurlar. Onlar zehni proseslərini dərk edir və özlərini necə idarə etməli olduqlarını bilirlər. Onlar həvəsində olduqları ilə daha çox təmasda olurlar. Onlar, şübhəsiz, başqalarının qayğısına daha çox qalırlar və əvəzində daha çox şəfqət alırlar. Onlar daha sosialdırlar.

 

 

Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN