Optimist Liderlərə Aid 3 Keyfiyyət

0
189
Optimist Liderlərə Aid 3 Keyfiyyət

Heç olubmu ki, birindən hal-əhval soruşduğunuzdan dərhal sonra “kaş ki, soruşmazdım” deyəsiniz? Bunun səbəbi odur ki, belə insanlar neqativlik yayır. Onlar sadəcə həyatın necə dəhşətli, çətin olmasından bəhs edir və istəyirlər ki, siz də dünyaya onların baxdığı pəncərədən baxasınız.

Mən həmişə deyirəm ki, əgər kimsə sizdən hər hansı işi necə etdiyinizi soruşursa, ən yaxşı yol cavabında “inanılmaz” deməkdir. Çünki həmin an həyat sizin üçün nə qədər dəhşətli ya da möhtəşəm olsa da, cavab elə eyni qalır. Başqalarını da öz neqativliyinizə sürükləmək üçün heç bir səbəb yoxdur. Nə qədər pozitiv olsanız, insanları da pozitiv olmağa cəsarətləndirəcəksiniz. 
 
Təbii olaraq, əksər insanlar həyata pozitiv baxan liderlərə rəğbət bəsləyirlər. Heç kim şirkətinin uğursuz olacağını düşünən rəhbər ilə çalışmaq istəməz və ya heç kim öz şirkətinin bütün çətinliklərlə başa çıxa biləcəyinə inanmayan müdir ilə işləməyi xəyal etməz. İnsanlar həyata ümid, həyəcan və xoşbəxtlik dolu gözlərlə baxan rəhbərlər tərəfindən idarə edilmək istəyir. 
 
“Optimizm ən yaxşı liderlərin bələdçisidir”
 
Optimist liderlərin 3 əsas keyfiyyəti belədir:
1.ONLAR  HƏYATDAKI  SEVİNCLİ ANLARI  ƏVVƏLCƏDƏN  TƏSƏVVÜR  EDİRLƏR.
Uşaq olanda Yeni İlin gəlməsini çox sevərdim. Noyabrın 1-i Yeni İlə neçə gün qalıbsa, kağızdan həmin sayda halqalar düzəldərdim və hər gün birini qoparardım. Əslində Yeni İl çox əyləncəli idi amma mən Yeni İlə qədər olan günlərdə daha çox əylənirdim. İndi də beləyəm. Hələdə sevindirici hadisələrdən əvvəlki günləri, yəni məni həmin hadisəyə aparan günləri daha çox sevirəm.
 
Dahi liderlər şirkətinin üzləşə biləcəyi çətinliklərindən daha çox həyəcanlı hadisələrin gəlməsi haqqında daha çox düşünür, bunun üzərində daha çox dayanır. 
 
2.MİNNƏTDARLIQ  HİSSİ  ONLARIN  BƏLƏDÇİSİDİR.
Həyat qısadır, ona görə də həmişə şükr etməliyik. Çox yaxın olub, hər dərdimi paylaşdığım atam bu günlərdə 92 yaşında vəfat etdi. Mən tək uşaq idim və anam uzun müddətdir ki, dünyasını dəyişmişdi. Atam həyatını valehedici bir şəkildə yaşadı. Son əsnaya qədər o çox sağlam idi. Xatırlayıram ki, ölümündən bir həftə əvvəl bu yaşa qədər necə sağ qala bildiyinə inana bilmirdi. Həyat davam edir, biz ötüb keçən hər saniyəyə görə şükr etməliyik. 
 
Nadir liderlər öz komandasına gördükləri işlərə görə təşəkkür edir. Onlara aşılamağa çalışır  ki, cəhdləri həqiqətən dəyərlidir və öhdəlikləri qiymətləndirilir. 
 
3.ONLAR  QAZANACAQLARI  ANI  GÖZLƏYİRLƏR. 
Optimist liderlər qələbənin onlarla olduğuna inanırlar. Qazana biləcəklərinə əmindirlər. Düşünürəm ki, uğursuz olacağını gözləməkdənsə, uduzub məyus olmaq daha yaxşıdır. Əgər qazanacağını gözləyirsənsə, sənin ümidverici yanaşman şirkətinin müvəffəqiyyətli olmasına böyük təsir göstərəcək.  
 
Optimist düşüncə sizi daha xoşbəxt edəcək. Çətinliklərə qarşı mübarizədə daha güclü olacaqsınız və ətrafınızdakı insanlara müsbət təsir edəcəksiniz. 
 
 
 
Tərcümə etdi : Elmira Cahangirli
 

ŞƏRH YAZIN