Uğurlu Liderin Sahib Olduğu 5 Xüsusiyyət

0
1969
Uğurlu Liderin Sahib Olduğu 5 Xüsusiyyət

Uğurlu idarəçi və liderlər bəzi mühüm xüsusiyyətlərə malik olurlar.Bunların bir qismini belə sıralamaq mümkündür:
1.Liderin təqdim etdiyi ideyaların (fikirlərin) heç biri həyatla ziddiyyət təşkil etməməli və lider bütün dövrlərdə bu ideyaların tətbiqinin mümkünlüyünə əmin olmalıdır.Necə ki, bir insan öz gözləriylə gördüyü bir hadisəni heç çəkinmədən və tərəddüd etmədən danışır və danışarkən də yalan sayılmasından əsla qorxmur, eləcə də bir lider irəli sürdüyü ideya və ya fikirlərinin doğruluğuna öz gözüylə gördüyü hadisələrdən daha qətiyyətlə inanmalıdır.
2.Lider fikir və ideyalarının təbliğində israrlı və qətiyyətli olmalıdır.Həmçinin o,iş vaxtını (vaxtının çoxunu) insan yetişdirməyə sərf etməli,daima insanla işləməli və onun işlərində həmişə mədəniyyət özünü göstərməlidir.
3.Lider işçilərini çox yaxşı tanımalıdır. Kimə hansı işi tapşıracağını, kimi nəyə görə məsul sayacağını, kimdən nəyi və nə səviyyədə gözləyəcəyini çox yaxşı bilməlidir. Bununla yanaşı o, planladığı işlərin gedişatını elə nizamlamalıdır ki, orta səviyyəli insan da, ən fəal adam da bu gedişin sürətindən narahatlıq duymasınlar.
4.Lider təbəqəsinin bütün problemlərini həll etməyə hazır olmalıdır.Bu problemlər fərdi,ailə,idari,ədliyyə,iqtisadi və ictimai – hər məzmunda ola bilər.Lider bunların hamısını asanlıqla çözməlidir.
5.Liderin irəli sürdüyü bütün təklif,direktiv və prinsiplərin tətbiqi mümkün olmalıdır.Əsl lider tətbiq edilməsi mümkün olmayan utopik təkliflər irəli sürməz.Eyni zamanda o,irəli sürdüyü fikirləri əvvəlcə özü həyata keçirər və ən incə təfərrüatına qədər riayət edər.

 

Korrektə etdi:Günel İbadova
 
 

ŞƏRH YAZIN