Yaxşı Liderin Malik Olduğu Xüsusiyyətlər

0
3341
Yaxşı Liderin Malik Olduğu Xüsusiyyətlər

Qloballaşma və artan rəqabət,iş təşkilatlarında istər fərdi,istərsə də təşkilati səviyyədə fərqliləşmə tələb edir.Müvəffəqiyyəti özünə hədəf təyin edən və bu istiqamətdə irəliləməkdə olan çalışanlar və təşkilatlar,davamlı inkişaf və dəyişmə üçün hər zaman daha yaxşısını axtarmağa başladılar.Bəs bir çalışan daha yaxşını əldə etdiyi nöqtədə,lider mövqeyinə yüksəlincə bununla hər şey həll olunurmu? "Bundan yaxşısı irəlidə yox" deyib dayanırmı? Liderlər nə edərək müvəffəqiyyətlərini və motivasiyasını ayaqda tuta bilər,xidmət etdikləri təşkilatları necə müvəffəqiyyətə doğru apara bilər?

Yaxın keçmişə və bu günə nəzər yetirdikdə  liderdən gözlənilənlərin olduqca fərqli olduğunu   görə bilərik.Keçmişdə diqqətini məhsula,qiymət rəqabətinə yönəldən  liderlik,hal-hazırda bu diqqəti qlobal iqtisadiyyat,internet iqtisadiyyatı kimi anlayışlar səbəbindən insana və yaradıcılığa yönəltmişdir.Bu gün əsl lider – yaxşı bir araşdırmaçı və əldə etdiyi məlumatları süzgəcdən keçirə bilən,nəticələri yaxşı qiymətləndirib,səbəb nəticə əlaqələrini rahatlıqla qura bilən,analitik, həlli anında inkişaf etdirən,yaradıcı,ünsiyyətə açıq və məlumatlarını paylaşmağı bilən,qərar mexanizmlərində qabaqcıl ola bilən adamdır.Buna əlavə oluna bilən mütləq bir çox meyar vardır,ancaq bizim saydıqlarımız xüsusiyətlərdən birini çıxarsaq,bu,əskilməyə səbəb ola bilər. 

Lider,liderlik etdiyi təşkilatın davamlı inkişafını və daha yaxşıya getməsini təmin edərkən,bu inkişafın önünü açmaq üçün eyni zamanda,öz inkişafına da zaman ayırmalı və bunun üçün səy göstərməlidir.

Lider üçün motivasiya.
Liderlik əhəmiyyətinin fərqində olan təşkilatlar,yüksək səviyyəli rəhbərliyinin yeni mühitə uyğunlaşmasını təmin etmək,ya da liderlərini yetişdirmək üçün müxtəlif üsullara müraciət edərlər.Çünki,təcrübəli bir idarəçinin üst bir mövqeyə,ya da fərqli bir rola gətirərkən,yeni vəzifəsinə uyğun olması tələb olunur.Bu günün liderləri də davamlı dəyişmənin və rəqabətin qaçılmaz və zəruri olduğunu bilərək,iş dünyasında müvəffəqiyyətli olmaq üçün bir mütəxəssisə ehtiyac duyarlar.Elə bütün bu səbəblərdən ötrü  liderlərə yol göstərən "qoç" larla çalışılar.Bu vəziyyət bizə  liderlik mövqeyinə nə qədər əhəmiyyət verildiyini göstərən xüsusiyyətdir.Bir liderin motivasiyasını yüksək tuta bilmək üçün "qoç" la edilən işlər,yalnız iş həyatıyla məhdudlaşmamalı,həmçinin də ictimai həyatda,ailə münasibətlərində,ya da başqa ortaq işlərdə, həll axtarışlarında da öz əksini tapmalıdır.Olduqca müvəffəqiyyətli nəticələr əldə edilən vəziyyətdə belə,bu nəticələr hər zaman kifayət qədər təmin edici olmaya bilər.Bu,uğursuzluq hissi və bədbəxtlik gətirə bilər.Əslində isə buna ugursuzluq da demək olmaz.
 
Strateji Liderlər.
Yaxşı bir strateji lider; gələcəyi doğru qiymətləndirib dəyərləndirərək şəkilləndirə bilən,bunun üçün lazımlı strateji rəhbərlik anlayışını meydana gətirən və bu istiqamətdə digər idarəçi və çalışanlara vəzifələr verərək,onları yenilikçi və yaradıcı olmağa yönləndirməyi bacarmalıdır . Strateji lider mürəkkəb qlobal rəqabət mühitində,lazım olduğunda sürətlə qərar ala bilməli və ardıcıl bir şəkildə strateji dəyişikliyi təmin edə bilməlidir.Bir quruluşu,təslim etdiyi nöqtədən alıb daha çox irəliyə apararsa,bu istiqamətdə insanlara qabaqcıl olmaqla cavabdehdir.
Strateji liderlərdə axtarılan bəlkə də ən əhəmiyyətli və özəl xüsusiyyət,insan qaynaqlarının səmərəli və faydalı bir şəkildə idarə edilməsidir.İntellektual sərmayə gələcəkdə bir qurumun,təşkilatın ən əhəmiyyətli qaynağı olacaq və bu da strateji liderlərin müvəffəqiyyətinə çox  təsir edəcək.
Doğru davrana bilən bir strateji lider,işçilərinin motivasiyasını və bununla bağlı  performansını yüksəltmək üçün uzaqgörənliyindən istifadə edər.Bu da sahib olunan görüntünün son dərəcə yenilikçi,açıq və təsirli olmasını tələb edir.
Strateji müvəffəqiyyətin təmin olunması üçün ilkin şərt strateji liderliyin güclü olmasıdırsa,o zaman,gələcəkdə  təşkilatlar öz çevrələrində diqqətini strateji liderliyin  inkişafına cəlb edəcəklər.
 
Lider dediyin ...
Bir liderin yatmağa haqqı yoxdur.İşinin başındaykən bütün duyumlara daim açıq olmalıdır və ətrafında olanları daim çox dəqiq və açıq görə bilməlidir.Xüsusilə,işçiləri ilə qurduğu ünsiyyətdə çox həssas və dəqiq davranmalıdır.
Məsafəli olma fikrinə dalıb qalan və bundan o yana keçməyən liderlər,çalışanlarıyla qurduğu əskik ünsiyyət səbəbindən motivasiya çatışmazlığına məruz qalacaqlar.Bu səbəblə,bir lider,işçilərin fikirlərini davamlı olaraq çox yaxşı sorgulamalı,doğru qiymətləndirməli,daim öz müşahidələrini yeniləməli və inkişaf etdirməlidir.Eyni üsulun müvəffəqiyyətli olduğunu,müştərilərinin istəkləri üçün də tətbiq etdiyi zaman görəcək.Bu mövzularda atacağı hər quruluşçu addım liderə; məlumat,iş planlaşdırma qabiliyyəti və özünə inam qazandıracaq. İş həyatında heç bir şey bir-birindən təcrid deyil və zəncirin ən qüvvətli halqası deyə xarakterizə edə biləcəyimiz lider,qazandığı uğurlar və əldə etdiyi doğru davranışlarla işçilərinə nümunə və motivasiya qaynağı olmalıdır.O,bunu uzaqdan deyil,işçilərinin yanında edə bilməlidir.
Lider çox yaxşı bir rabitəçi,kommunikator olmalıdır.
 
Texnoloji inkişafla paralel olaraq,günümüzdəki liderlik anlayışı dünənə görə  fərqlənir.Aşılması lazım olan katibliklər,bağlı qapılar ardında duran liderlər azalmış,açıq ofis mühitinə üstünlük verilməyə başlanmışdır.Bəzi araşdırmalar da bunu göstərmişdir ki,paylaşımcı və iştirakçı liderlər,itaətkar liderlərə nisbətən daha çox məhsuldar fəaliyyəti təmin etmişdir.Şirkət içində yaratdığı azad,yaradıcı düşüncəyə təsir edən bir iş mühiti fərqli bir sinerji meydana gətirəcək və motivasiyası artıracaq.
Bir lider artıq yarışın heç bitməyəcəyinin şüurunda olmalıdır. 
Hər növbəti gün iştirakçıların və sürətin artdığı; zaman-zaman qaydaların alt-üst olduğu bir yarışdan söz gedir.Müvəffəqiyyətli bir lider mütləq bunun şüurundadır; əyin olunan hədəflər daim yenilənməzsə və ya onlara çatmazsa,qaçış yolunda arxadan gələn,onu keçəcək və hədəfini ələ keçirəcəkdir.Bu məqsədlə,lider özünü inkişaf etdirərkən,rəqabəti heç bir zaman gözardı etməməlidir.
 
Davamlı liderlik üçün,davamlı müvəffəqiyyət ...
Liderliyini həyatı boyunca davam etdirmək istəyən bir adam,bunun sonrasını da düşünmək məcburiyyətindədir.Bir lider "bundan başqa nə qədər müvəffəqiyyətli ola bilərəm ki" deyə düşünməyə başladığı andan etibarən müvəffəqiyyətsizliyə uğramağa başlamışdır.Heç bir mövqedə olmadığı kimi, liderlikdə də müvəffəqiyyətin qalıcılığına zəmanət verilmir.Bir lider davamlılığı üçün əvvəlcə dəyişən və inkişaf edən iş şərtlərini bazar şərtlərini təqib etməyi heç vaxt dayandırmamalıdır.Əldə etdiyi nailiyyətlərlə  sabahı şərh edə bilənə qədər və sabah üçün sərmayə edə bildiyi ölçüdə öz qalıcılığını təmin ede bilər.
Liderin dəyişən və inkişaf edən iş şərtlərini,bazardakı yenilikləri müşahidə və qiymətləndirilməsi lazımdır.Bu məqsədlə,liderdən yaradıcılığını istifadə istifadə edə bilməsi,bu günü deyil,gələcəyi də düşünməsi,hətta bu gələcəyi yaratması gözlənilir.Texnologiyanın və sürətin hakim olduğu iş dünyasında,müştərilərin və işçilərin davamlı inkişafı,müxtəlif ehtimalları liderə çox yaxşı bir dəyişmə planlayıcısı və idarəçisi olma imkanını yaradir.
 
Korrektə etdi:Günel İbadova
 

ŞƏRH YAZIN