Frans Kafka Aforizmləri

0
3929
 Frans Kafka Aforizmləri

Özünü insanlığa baxaraq,sına.! Bu şübhələnəni şübhəyə, inananı inama aparacaq. 
Şəhvani eşq,İlahi eşqə qarşı gözlərimizi bağlayır, bunu öz-özünə eləmir. Bunu özü də bilmədən, içində bir parça İlahi eşq olduğuna görə də eləyə bilər.
Həqiqət bölünməzdir,buna görə də o özünü tanımır,hər kim onu tanımaq istəyirsə,yalan olmaq məcburiyyətindədir.
Din fədailəri bədənlərini alçaltmazlar,lazım olsa onu çarmıxa qədər yüksəldərlər. Bu mənada onlar düşmənlərlə eyni fikirdədirlər.
Əsl düşməndən sərhədsiz bir cəsarət qalar sizə.
Bu dünya üçün qonşularla savaşmaq gülüncdür.
Dünya ilə özün arandakı müharibədə,dünyanın tərəfində ol.
Sənət—gözümüzün həqiqətlə qamaşmasıdır. Arxaya qaçan,az təsadüf olunan,maskalar taxan bir işıqdan başqa bir şey deyil—həqiqət.
İki variant var: Özünü sonsuz dərəcədə kiçiltmək,yaxud sonsuz dərəcədə kiçik olmaq. Birinci mükəmməlikdir,yəni hərəkətsizlikdir,ikincisi başlanğıcdır,yəni hərəkətdir.
İnsanın iki əsas günahı var,digərləri bunlardan törəmədir—səbrsizlik və tənbəllik. Səbirsiz olduqlarına görə Cənnətdən qovuldular, tənbəl olduqlarına görə qayıda bilmirlər. Amma bəlkə də, bir əsas günahı var insanların: Səbirsizlik.. Səbirsizliyə görə qovulmuşdular, səbirsizlyə görə də qayıda bilmirlər.
Ayaq basdığın yerin,ayağının tutduğu sahədən böyük olmamağını anlamaq böyük xoşbəxtlikdir.
Müsbət hərəkət eləməyi bizdən xahiş eləyirlər,müsbət hərəkətlər onsuz da bizimlədir.
 
 
 
 
Korrektor:Əhmədova Sevinc
 
 

ŞƏRH YAZIN