30 Yaşında Bir Qadın

0
3723
30 Yaşında Bir Qadın

ŸƏslində yazmayacaqdım. Ancaq bir çox adama da məsləhət verilməsi lazım olduğunu düşündüyüm üçün özümü yazmaq məcburiyyətində hiss etdim. 20 gün sonra 36 yaşına girəcək bir bacınız olaraq qəbul edin sözlərimi.

Mən həyatı tərsindən yaşadım. 18 yaşıma  qədər əyləncələrə çox üstünlük verirdim, 18 yaşım tamam olduğu gün dayandım. 19 yaşımda birlikdə yaşamağa başladığım adamla 21 yaşımda evləndim. 22 yaşımda ana oldum, 24 yaşımda ikinci uşağım oldu. İkinci uşağım hələ çox kiçikkən universitetə döndüm. Oxudum, işlədim, uşaqlarımla maraqlandım. 30 yaşımda xaricdə təqaüd qazananda, 1 illiyinə uşaqları anama əmanət edib getdim. Döndükdən bir müddət sonra da boşandım.
ŸƏn çox mənə verirdilər bu mesajı: "boşandın, həyatın bitdi, orta yaşlısan artıq, iki uşağın var deyə…"
Mən də artıq bu vəziyyəti öyrəşməyə başlamışdım. Nə də olsa artıq gənc deyildim. Buna görə də normalda özünə inamım yüksək olsa da həyatımdakı adamı məmnun etməkdən lazımsız şeylər etdim.
 
Fevral ayının sonunda birdən bir işıqlanma yaşadım. Qarşımdakı adam qaşımdan gözümə, qılığımdan paltarıma, saçımdan makiyajıma qədər hər şeyimi tənqid edirdi. ŸƏncir nüvəsini doldurmayacaq bir "mən buruq saç sevmirəm, o saçların həmişə toplu olacaq!" müzakirəsindən sonra duşa getdim. Aynaya baxdım və "nə edirəm mən?" deyə soruşdum özümə… Bütün həyatını öz dilədiyi kimi yaşamış, həmişə sevən və sevilən biri olmuşdum. Aynanın qarşısındakı adam isə mən deyildim artıq. Tək qalmaqdan qorxduğu üçün davamlı taviz verən bir qadın vardı qarşımda və mən o qadından heç xoşum gəlmədi.
O aynanın qarşısında saçlarımı kökündən kəsdim. O "nə etdin sən??!" deyə qışqırarkən adamın qarşısına keçib əlinə saçlarımı verdim və dedim ki "istərsən fen çək yığ, istərsən də belə saxla bunları, mən getdim sağol!"
Sonra peşman olarammı görəsən deyə düşünmüşdüm amma açıqcası bu günə qədər hər hansı bir peşmanlıq yaşamadım. 36 yaşına keçmiş, böyük uşaqları, 1,5 metrlik boyu, zabit formalı saçları olan bir qadının belə hər gün bir şəkildə nəzakətlə qarşılanacağını diqqət  göstəriləcəyini gördüm.
 
Kimsəyə məcbur deyilik. Həyatımız bitir filan da deyil. Özünə inamınızı zədələməyə çalışan fikirlərə aldanmayın. Biz özümüzü sevib bəyəndiyimizdə  başqalarının da bəyənəcəyini və sevəcəyini unutmayın. Özünə inamınız olduğunda, yeriyişiniz belə dəyişər.
30 yaşında qadın gənclik dövründən orta yaş dövrünə hələ yeni keçmişdi. Özünü kəşf etmə mərhələsinin başlanğıcında idi. Yaxşı insanlara qarşı yaxşı və təvazökar olarkən, eqosunu zədələməyə çalışanlara qarşı da " ayaq basdığım torpağı, tənəffüs etdiyim havanı şərəfləndirirəm!" mesajını verməlidir.
– nə etdin  sən? yaraşırmı heç bu yaşda? qadın dediyin uzun saçlı olar!
- Qadın olmamağa qərar verdim.....
 
 
 
Tərcümə etdi: Bəsti Mehralıyeva

ŞƏRH YAZIN