ABŞ haqqında 8 maddə

0
3149
ABŞ haqqında 8 maddə

Dünyanın ən böyük iqtisadiyyatı haqqında bilinməsi lazım olan 8 önəmli maddə:


Ən çox qida ixracatı 
ABŞ-ın qida idxalçısı Kanadadır. Dünyanın ən böyük iqtisadiyyatının qonşusu Kanadaya etdiyi qida ixracatı cəmi qida ixracatının 45%-ni təşkil edir.

Ən çox idxal
ABŞ ən çox idxalı Çindən edir. Bu ölkədən edilən idxal, cəmi idxalın 70%-dən çoxuna bərabərdir.

Ən böyük ticarət tərəfdaşı
ABŞ-ın ən böyük ticarət tərəfdaşı yenə də qonşusu Kanadadır.

Ən çox neft alışı 
Dünyanın ən böyük iqtisadiyyatının xam nefti ən çox idxal etdiyi ölkə yenə də qonşusu Kanadadır. Kanada ABŞ-ın neft idxalının 37%-ni qarşılayır.

İdxal edilən ən bahalı şey
ABŞ-ın idxal etdiyi ən bahalı şey isə xam neftdir. Dünyanın ən böyük iqtisadiyyatı xam neft idxalı üçün ildə 300 milyard dollardan çox pul xərcləyir.

Satdığı ən bahalı şey
ABŞ-ın satdığı ən bahalı şey neft istehsal alətləri və neft məhsullarıdır. ABŞ keçən il bu məhsulların satışından 140 milyard dollara yaxın gəlir əldə etdi.

Hansı sahələrdə önə çıxır?
ABŞ iqtisadiyyatının rəqabətdə sərhəd tanımadığı sahələrin başında aviasiya, xammal hasilatı və qida istehsalı gəlir.

Xidmət iqtisadiyyatı
ABŞ tam olaraq xidmət iqtisadiyyatı olaraq təyin oluna bilər. Maliyyə, sığorta, təhsil, telekommunikasiya kimi sahələrdə xidmətlərdən əldə edilən gəlirlər ölkə iqtisadiyyatına ən çox qatqı təmin edən maddələr olaraq diqqət çəkir. Xidmət sektoru fəaliyyətləri və bu sahədəki məhsullar ABŞ iqtisadiyyatının ixrac etdiyi maddələrin başında da gəlir.
 

ŞƏRH YAZIN