Abş-In Nüvə Silahının Kodu

0
1031
Abş-In Nüvə Silahının Kodu

ABŞ-ın nüvə silahının kodunun 1962-1977-ci illər arası yalnız "00000000" olduğu ortaya çıxıb.  ABŞ prezidentinin daim yanında gəzdirdiyi çantadan aktiv edilə bilən raketlər 1962-1977 illər arası yalnız "00000000" şifrəsi yığılaraq partladıla bilərdi. "Todayifoundout" saytına istinadən xəbər verir ki, şifrənin təcili vəziyyətdə unudulacağından ehtiyat edildiyi üçün bu qədər sadə bir şifrə istifadə edilib. 1970-1974-cü illər arası baş verə biləcək bir hücumda nüvə raketləri aktiv etməkdə məsul zabitlərdən sayılan Dr. Bruce G. Bleyr, Strateji Hava Komandanlığının prioritetinin şifrənin təhlükəsizliyindən çox "lazım olduğunda sürətli və asan bir şəkildə hücum təşkil edə bilmək" olduğunu söyləyib. Bleyr şifrənin 1977-ci ildə daha mürəkkəb bir şifrəylə əvəz olunduğunu bildirib. 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN