Amandır... Yuxusuz qalmayın!

0
2692
Amandır... Yuxusuz qalmayın!

 Yuxusuzluq insanın yaradıcı qabiliyyətlərini zəiflədir, həyat eşqini öldürür, enerjini də aşağı salır. Xüsusilə də, isti yay günlərində... Əgər enerjinizi yüksək tutmaq və daha canlı görünmək istəyirsinizsə yuxusuz qalmamalısınız!


Həyat keyfiyyətinizi yüksəltməyin, daha sağlam və gözəl görünməyin sirri nizamlı yatmaqdan asılıdır. Əlbəttə gündəlik həyatın gətirdiyi stres, vaxtında yerinə yetirilməsi lazım olan işlər deyərkən bir çoxumuz yuxumuzdan əl çəkirik. Yerinə yetirilməsi lazım olan çox şeyin olması, işdən artıq qalan zamanın kifayət etməməsi gec yatmağımıza səbəb olur. Növbəti səhər işə vaxtında çatmaq üçün də tezdən yataqdan qalxıb tələm-tələsik evi tərk etdiyimiz hallar da baş verir. 

Bu yuxusuzluq halı zaman içində özümüzü əhvalsız, yorğun hiss etməyimizə, konsentrasiya və kilo problemləri yaşamağımıza və nəticə olaraq da depresiyaya girməyimizə səbəb ola bilir. Bizim də sizə normal yatıb, günü çox daha gözəl keçirə bilməyiniz üçün bir neçə kiçik təklifimiz var!

1.Sizi üzən şeylərdən xilas olun
 
2.Fikirlərinizi, xəyallarınızı yatağınızdan uzaq tutun
 
3.Ertəsi gün görəcəyiniz işlərin vaxtı ilə siyahısını tutun
 
4.İşdən əlavə gündəlik görəcəyiniz işləri nizamlayın
 
5.Bədəninizi yuxuya hazırlayın. Yatmazdan əvvəl 1 stəkan ilıq süd için.

ŞƏRH YAZIN