Atatürkü Xilas Edən Saat...

0
1705
Atatürkü Xilas Edən Saat...

Türk dünyasının böyük qəhrəmanı, Türkiyə Cumhuriyyətinin qurucusu – Mustafa Kamal Atatürkün həyatını bir cib saatı xilas etmişdi. 10 avqust 1915-ci ildə Çanaqqala döyüşünün qızğın anları idi. Çanaqqalada vətəni xilas etmək üçün ön sıralarda mübarizə aparan M.K.Atatürk, sinəsində bir ağrı hiss etdi. Əlini sinəsinə aparan M.K.Atatürk, cibində olan saata şarapnel parçalarının dəydiyini gördü. Cib saatı onu xilas etdi və həyatını sonsuza qədər dəyişdi. Tarixçi Cemil Koçakın bildirdiyinə görə, alman hərbçi Liman Von Sanders, M.K.Atatürkə cib saatı hədiyyə etmişdi. Döyüş zamanı həmin saat Atatürkün həyatını xilas etmişdi. Bir müddət sonra isə Atatürk həmin saatı, Sandersə geri vermişdi.

Türk dünyasının ən önəmli isminin həyatını xilas edən o saatı isə, daha sonra Liman Von Sandersin evinə girən oğrular oğurlamışdı. Qeyd edək ki, bəzi rəsmi məlumatlara görə, Sandersin Atatürkə hədiyyə etdiyi saat, hal-hazırda Anıtqəbirdə saxlanılır. Atatürkün həyatını xilas edən saat  Almaniyada saxlanılır. 

 

Korrektor:Əhmədova Sevinc

 

ŞƏRH YAZIN