Balerinaların Başı Niyə Hərlənmir?

0
2981
Balerinaların Başı Niyə Hərlənmir?

Balet izlərkən heç düşünmüsünüz ki, balerinalar başları hərlənmədən neçə dəfələrlə fırlana bilir?

İngilis elm adamları bunun sirrini aşkarlayıb. Belə ki, incəsənətin bu növü ilə məşğul olanların beyin quruluşunda dəyişiklik olur. Məhz bu da baş hərlənməsinin qarşısını alır.

Mütəxəssislər balerinalar ilə başqa idman növləri ilə məşğul olan qadın idmançıların beyinlərini müqayisə ediblər.

Onlardan qaranlıq otaqda bir stulun başına fırlanmaları istənilib. Dayandırılandan sonra özlərini necə hiss etdikləri soruşulub. Bundan əlavə onların göz refleksləri ölçülüb,beyin MR-i çəkilib. 

Nəticədə,rəqqasələrin beyin quruluşlarında fərqliliklər müşahidə edilib. Belə ki, onların beynindəki müvazinət hissinin işləndiyi və baf hərlənməsindən məsul olan hissə fərqli olub.

Alimlərin sözlərinə görə, balerinalar illərlə məşq etdiyi üçün onlarda daxili qulaqdakı müvazinət orqanlarına gedən siqnallar əngəllənir. Bunun sayəsində də dəfələrlə ayaqüstə fırlana bilirlər.
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN