Baxışlarınız Nə Deyir?

0
2752
Baxışlarınız Nə Deyir?

1. Sol tərəfə yuxarı zillənən baxışlar-göz yaddaşı vərəqləyir. Müsahibiniz nə vaxtsa gördüyü obyektlərin dəqiq obraz kimi xatırlamağa cəhd göstərir. Məsələn, "Sizin otağınızın divar kağızı nə rəngdədir” tipli suallara cavab vermək üçün müsahibimiz gözlərini sol tərəfə yuxarı zilləyəcək.

2. Sağ tərəfə yuxarı tərəfə zillənən baxışlar-nəzər konstruksiyaları kimi xarakterizə olunur. Müsahibiniz danışa-danışa öz təxəyyülündə heç vaxt görmədiyi nəslərinsə şəklini çəkir. Ya da o həmin predmetləri, hadisələri hazırkı məqamda təqdim etməli olduğu kimi görməyib. Belə baxışların şahidi olmaq üçün bu tip sual vermək olar: "Uşaqlığınızın ən işıqlı xatirəsi yadınızda necə qalıb?”.

3. Sol tərəfə zillənən baxışlar-səs yaddaşını canlandırır. İnsan, həqiqətən, eşitdiyi səslərin obrazını yadına salır. Məsələn, məruzəçinin çıxışın əvvəlində nə söylədiyini xatırlamaq üçün insan baxışlarını mütləq sol tərəfə yönəldir.

4. Sağ tərəfə zillənən baxışlar-səs konstruksiyasıdır. İnsan əvvəllər heç zaman eşitmədiyi səslərin obrazını təsəvvür etməyə cəhd göstərir.

5. Sol tərəfə aşağı zillənən baxışlar-qapalı səs təsəvvüründən xəbər verir. Müsahib öz-özüylə daxili söhbət edir, anlmağa can atır. Uğurla başa çatan gün üçün özünüzü tərifləyən kimi standart təklif onun baxışlarını sol tərəfə aşağı zilləməyinə səbəb olur.

6. Sağ tərəfə aşağı zillənən baxışlar-istənilən tip:emosianal, lamisə və ya digər duyğularla bağlı xatirə və təsvvürlərə bağlıdır. Tutaq ki, buza əllə toxunarkən siz hiss edirsiniz tipli suallar bu duyğunu canlandırmaqdan ötrü müsahibi sağ tərəfə aşağı baxmağa vadar edəcək.

 


Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN