Bədəni Qoruyan Qidalar

0
1377
Bədəni Qoruyan Qidalar

Xərçəng, infarkt, altshaymer və diabet kimi ciddi narahatlıqlara qarşı bədəni qoruyan qidaların siyahısı açıqlandı. Sağlamlığınız üçün qəbul etməniz lazım olan qidalar:

Badam: Hər gün, bir çay fincanının yarısını dolduracaq miqdarda, yəni 30 qram badam yeyin. Omeqa-3 turşulu yağları baxımından olduqca zəngin bir qida olan badam, qandakı xolesterol (LDL) nisbətini 4.4% azaldır. Badam beləcə damar tutulmalarının qarşısını alır, qan dövranını yaxşılaşdırır, ürəyi qoruyur.
 
Qəhvə: Gündə iki fincan qəhvə, xüsusilə orta yaşlardan sonra görülən Parkinson və Tip-2 şəkər xəstəliklərinə qarşı bədəni qoruyur. Qəhvədə olan kafein maddəsi, şəkər xəstəliyinə yoluxma riskini yüzdə 35 azaldır. Ayrıca ağrıkəsici xüsusiyyəti də var. Ancaq qəhvəni mütləq kalsium anbarı sayılan südlə için. Beləcə kafeinin sümükləri zəiflətməsinin qarşısını almış olarsınız.
 
Darçın: Hər yeməkdən sonra içində bir miqdar darçın olan şirniyyat yeməyi unutmayın. Şirniyyat yemək istəmirsinizsə, kiçik bir çay qaşığı dolusu darçını suya qataraq içə bilərsiniz. Darçın qan şəkərini tənzimləyir, ayrıca sinir sistemini rahatlaşdırır. Digər tərəfdən darçının  içində olan tumerik adlı maddənin oynaq iltihabını və revmatizmi önlədiyini unutmayın.
 
Kartof: Antioksidantlar cəhətdən çox zəngindir. Amerika Əkinçilik İdarəsinin məlumatına görə ən faydalı 100 qida arasında 17-ci yerdədir. Ağciyər xərçəngi, diabet və infarkta qarşı ən yaxşı qoruyucu qidalardan biridir. Ancaq kartofu qızartmaq əvəzinə yağsız qaynatdıqdan və ya sobada bişirdikdən sonra yemək daha məsləhətlidir.
 
Tərəvəz şorbası: Doyuran, ancaq kalorisiz bir yemək olduğu üçün xüsusilə arıqlamaq istəyənlərin bir nömrəli seçimidir. Həm də tərəvəz şorbası sodium baxımından da zəngindir. Bir kasa tərəvəz şorbasında 500 milliqram natrium var. Natrium, sinir sistemi və əzələlərin düzənli olaraq çalışmasını təmin edir. Həm də bədəndəki maye miqdarının tarazlığını təmin edir. 
 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN