Beyniniz Daha Güclü Olsun Deyə ...

0
3268
Beyniniz Daha Güclü Olsun Deyə ...

1. Ağıllı olduğunuza inanın. Ağıllı olduğunuzu və zəka səviyyənizi yüksəldə biləcəyinizi düşünün. Yaradıcı düşüncələr inkişaf etdirdiyinizdə bunları bir yerə yazın. Özünüzə bunun üçün şans tanıyın və zaman verin.

2. Beyin məşqləri edin. Çəngəl bilməcə, məntiq sualları və zəka testləri həll edin. Hər gün istifadə etdiyiniz vəsaitlər, istifadə edə biləcəyiniz yeni yerlər kəşf edin. Avtomobil istifadə edərkən, yolda gedərkən zehindən toplama, çıxma, vurma, bölmə edin. 
 
3. Yeni şeylər öyrənin. Hər gün yeni bir məlumat əldə etməyə çalışın. Tarix, coğrafiya, texnologiya, maliyyə, ədəbiyyat… Hansı mövzuda istəsəniz. 
 
4. Gəzintiyə çıxın, yürüyüş edin. Ritmik gediş bədəninizə olduğu kimi beyninizə də yaxşı gəlir. Gəzərkən klassik musiqi dinləyə bilərsiniz. 
 
5. Modelləşdirin. Ağıllı və yaradıcı düşünən kəslərlə tanış olun. Onların həyat formalarını, necə fikir inkişaf etdirdiklərini öyrənin. 
 
6. Balıq yeyin. Balıq, beyin dalğalarının aktivasiyasını artırar. Eyni zamanda depressiya ehtimalını salar. Nizamlı olaraq yeyildiyində zəka səviyyəsini yüksəldər. 
 
7. Gərəksiz mübahisə, müzakirələrdən uzaq durun. Yalnız öz doğrunuzu isbat etmək üçün mübahisə, müzakirə etmək bir fayda qazandırmaz. Fərqli fikirləri bir araya gətirərək bunlar arasında müqayisə etmək və ən doğrunu tapmağa çalışmaq, beynin analiz və nəticə çıxarma qabiliyyətini gücləndirər. 
 
8. Qəhqəhə çəkin. Qəhqəhə, stressi azaldan endorfin hormonunun ifraz olunmasını təmin edər. Eyni zamanda sizi xoşbəxt, sakit, müsbət və yeni fikirlərə açıq hala gətirər. 
 
9. Yumor və karikaturaya əhəmiyyət verin. Yumor yazılar, kitablar oxuyun, karikaturaları izləyin. Yumor saxladığı zəka elementləriylə sizin də incə detalları tutmağınızı və beyninizi işlək tutmanızı təmin edər. 
 
10. Oyun oynayın. Əl-göz koordinasiyası tələb edən oyunlar və zəka sualları beyin gücünü artırar. Şahmat, dama, internetdə mouse ya da klaviatura köməyiylə oynanan zəka oyunları gözəl alternativlərdir.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN