Beyninizin idrak imkanlarını genişləndirin!

0
4036
Beyninizin idrak imkanlarını genişləndirin!

 Beynin idrak imkanlarını yaxşılaşdıraraq özümüz üçün daha sağlam həyat təmin edə bilərik. Bəs beynimizin idrak imkanlarını necə inkişaf etdirə bilərik?


ABŞ alimlərinin apardıqları araşdırmalarının nəticələrinə görə, beyinin idrak imkanlarını yaxşılaşdırmağa və saxlamağa düzgün qidalanma, müntəzəm fiziki və zehni fəaliyyət, normal yuxu kömək edir. Mütəxəssislər əmindirlər ki, bu sadə və ümumi qaydalar beyinin fəaliyyəti üçün çox xeyirlidir və onu çoxlu zehni problemlərdən, o cümlədən beyin funksiyasına təsir edən yaş xəstəliklərindən qoruyur. 

Beyinin müdafiəsi üçün ən vacib şərt düzgün qida rasionudur. Alimlər orqanizmi lazım olan mineral və vitaminlərlə, xüsusilə də yaddaş və beyinin tam funksional fəaliyyəti üçün vacib olan vitamin E və vitamin B12, fol turşusu ilə təmin etməyi məsləhət görürlər. 
Beyinin müdafiəsi üçün ikinci vacib şərt yuxudur. Beyin hər gün 7-8 saat gecə yuxusu almalıdır. 

Üçüncü vacib şərt isə fiziki fəaliyyətdir. Mütəxəssislər ən azı həftədə 3 dəfə yarım saat da olsa məşq etməyi məsləhət görüblər. Alimlər bədənlə bərabər xarici dil öyrənmək və ya məntiqi tapmacalar həll etməklə zehni də məşq etdirməyi məsləhət görüblər.

ŞƏRH YAZIN