Bir insanın yazısına bax və ...

0
4770
Bir insanın yazısına bax və ...

 Bir insanın yazısına bax və onun kim olduğunu elə bu yazıdan anla. Söyləməsi asandır, deyirsiniz. Amma bu mümkündür. 


Adətən bir yazıya baxar baxmaz, gözümüzə çarpan ilk şey, hərf və sözlərin iriliyi və xırdalığıdır.

İri yazı: Böyük hərflərlə yazı yazan insan böyük və möhtəşəm şeylərə, təntənə və nümayişə maraqlıdır. Məsələn bir bina evində yaşamaq bu insanı əsla təmin etməz. Onun gözü geniş və fərah, çox otaqlı evlərdə və villalardadır. Özünü maraq sahəsinin mərkəzi olaraq görər. Comərd və yaxşı ürəkli olsa belə etdiyi yaxşılıqları ətrafa yaymadan içi rahat etməz. Səsi dərin, hərəkətləri göstərişlidir. Onun ən birinci ayırd edici xüsusiyyəti hər kəsə və hər şeyə göstərdiyi dostluq, sevgi və comərdlikdir. Bu dostluğun çox şişirdilmiş olanından çəkinin, çünki bu şəxslər son dərəcə hiyləgər ola bilərlər.

Orta böyüklükdə yazı: mənən və maddədən yığcam, müntəzəm olan insanın bu xasiyyəti yazısına da əks olunar. Bu kəslərin yazısı nə çox iri, nə də çox xırdadır. Kağızın boyuna görə, mütənasib olduğu kimi, hərflər də bir-birinə mütənasibdir. Belə bir insanın üstü başı kimi çalışdığı, oturduğu və yaşadığı yer də müntəzəm, səliqəlidir.

Kiçik yazı: Tədbirli, etinalı və diqqətli bir adamın yazısı kiçik və hərfləri bir-birinə bitişikdir. Belə yazı yazanlar yeni işlərə atılmaqda, bilmədikləri sahələrdə sınaqlar etməkdə tərəddüd edirlər. Ortaya çıxmaqdansa geri planda qalmağı seçim edirlər. Bəzən utancaq və ürkək olurlar. Öz özlərinin qurduqları kiçik bir dünyada yaşayırlar. Öyünməyii sevən və qışqırıb çağıran kəslərin bu insanları təsirləri altına almaları çox asandır.

Qısa hərfi müntəzəm olarsa: Qısa hərflər saitlər və "c, ç, r, v, s" kimi boyları qısa olan hərflərdir. Yazı yazarkən bu qısa hərfləri bir-birinə bərabər və eyni boyda yazan kəslər, detallara və intizama diqqət etməyə maraqlıdırlar. Belə yazı, yazanın həyatdakı sadə zövqləri sevdiyini göstərir. Bu şəkildə yazı yazanlar dəbdəbəli deyildirlər və gözə batmazlar. Pal paltarları gözə çarpmadan diqqəti çəkəcək tipdədir. İşləri sistemli həyatları müntəzəmdir.

Qısa hərfi müntəzəm deyilsə: Qısa hərflərin bəzisi böyük, bəzisi kiçik olaraq qeyri müntəzəm yazan kəslər əsəbi insanlardır. Bəziləri yaradılışdan, bəziləri isə sonradan sinir pozğunlu nəticəsində əsəbi olar. Həyatlarından məmnun deyildirlər və hadisələrə qarşı dözümsüzdürlər.

ŞƏRH YAZIN