Birinə Güvənmək Nə Qədər Zaman Alar?

0
2971
Birinə Güvənmək Nə Qədər Zaman Alar?

Tanımadığımız bir insanın "güvənilir" olub-olmamasına qərar vermək üçün,cəmi 33 millisaniyə lazımdır. ABŞ-dakı Nyu-York universitetinin psixoloqları bir araşdırma aparıb, yad bir insana güvənib-güvənməməyimizə qərar verməyimizin 33 millisaniyə çəkdiyini ortaya çıxarıb.

Bir millisaniyə,saniyənin mində biridir. Araşdırmaya görə,insanlar qaşları yüksək və almacıq sümükləri nəzərə çarpan insanlara, üzləri, qaşları düşük, almacıq sümükləri batıq olanlara nisbətdə daha çox güvənirlər.

Araşdırma çərçivəsində bir qrup könüllüdən komputerdə 300 insan üzünə baxmaları və bu üzlərin nə qədər etibarlı olduğuna qərar vermələri istənib. Mütəxəssislər bütün könüllülərin bir insana güvənib-güvənməyəcəklərinə, bu üzü bilgili bir şəkildə aşkarlamadan öncə qərar verdiklərini deyiblər. Onlar bəzi üz cizgilərinə sahib insanların, bütün iştirakçılar tərəfindən daha etibarlı qəbul edildiyini bildiriblər.
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN