Bizi Tez Yaşlandıran Vərdişlər

0
2228
Bizi Tez Yaşlandıran Vərdişlər

Etdiyimiz vərdişlərin bəzən fərqində olmur, gələcəkdə hansı nəticələr doğura biləcəyini düşünmürük. Amma halbuki, elə vərdişlər var ki, onlar bizim həyatımızın bir neçə ilini silir. Qısacası, bizi tez qocaldan vərdişlər:

Yuxusuz qalmaq
Hər gün gecə saatlarına qədər işləmək, səhər isə yenidən oyanıb işə getmək bu günün acı reallığıdır. Pul qazanmağa çalışırıq, lakin sağlamlığımızı xərcləyirik. İşdən qayıtdıqdan sonra yenidən sevimli işlərimizlə məşğul olur və ya başqa cürə vaxtımızı keçiririk. Nəticə olaraq, əksər insan gecə saat 12-dən tez yata bilmir. 

Nəticə olaraq, gözün altında qaralma, torbalanma olur. İnsanın xəstə siması olur. Bu səbəbdən də günü elə planlamaq lazımdır ki, yuxu normada olsun. 

Kosmetikaya qənaət
Bəzən ucuz qiymətə aldığımız kosmetik vasitələr də dərimizə ziyan vuraraq bizi qocaldır. Kosmetika elə də vacib bir şey deyil. Ancaq mütləq istifadə etməlisinizsə, heç olmasa yaxşılarını seçin. Pulun xatirinə sağlamlığınızı xərcləməyin. 

Şirniyyat sevgisi
Şokolad, dadlı şirniyyatlar, tortlar, şirin içkilər qarşısında heç bir qadın tab gətirə bilmir. Şəkər heç kimin imtina edə bilməyəcəyi daddır. Ancaq ziyanlı tərəflərini görməzdən gəlirik. Qlükoza tək bədən ölçülərinə deyil, üz dərisinə də mənfi təsir göstərir. 

Üzə toxunmaq vərdişi
Demək olar ki, hər kəsdə olan bu vərdiş də üzümüzü qocaldır. Mümkün qədər bu vərdişdən imtina etmək lazımdır.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN