Böhran Zamanı Nəyə Qənaət Edək?

0
2107
Böhran Zamanı Nəyə Qənaət Edək?

Hər insan həyyatında ən azı bir dəfə maddi çətinliklə qarşılaşır. Bəs çətinlik zamanı nə etməli? Sizə çətin dövrdə məişət xərclərini azaltmaq üçün 5 sadə məsləhəti təqdim edirik.

Büdcənizi planlaşdırın

Nədə qənaət etməli olduğunuzu başa düşmək üçün ilk növbədə ən çox nəyə xərclədiyinizi müəyyən etmək lazımdır. Nəyə və nə qədər xərclədiyinizi qeyd etməyə başlayın. Restoran və yeni paltarlara maaşın hansı hissəsi gedir? Bəs təcili və vacib olan şeylərə nə qədər xərcləyirsiniz? Pulların hansı yerdə daha çox axmasının müəyyənləşdirilməsi üçün hərtərəfli araşdırma aparmaq lazımdır. Xərcləri qeyd etməsi üçün internetdə bir sıra proqramlar var. Məsələn, Android istifadəçiləri Monefy proqramından istifadə edə bilərlər.

Kommunal xərclərinizi yoxlayın

Kommunal xidmətləri - ailə büdcəsinin əsas maddələrindəndir. Harada artıq xərclədiyinizi yoxlayın. İşıq, su və qaza qənaət edin. Enerjiyə qənaət edən lampalar alın. Onlar adi lampalardan bahalı olsa da, onların faydasını ayın sonuna hesab gələndə başa düşəcəksiniz.
 
İnternet, TV və mobil xərclərini izləyin

İstifadə etdiyiniz internet və TV paketlərini yenidən nəzərdən keçirin. Daha ucuz paketləri seçin. Bunun həm də digər müsbət tərəfi var: televizor və kompüterin qabağında oturmaqdansa, təmiz havada gəzmək həmçinin sizin sağlamlığınız üçün xeyirlidir. İstifadə etdiyiniz mobil telefon tariflərini müqayisə edin. Ola bilsin siz köhnə danışıq və internet tariflərindən istifadə etdiyinizdən daha çox ödəyirsiniz.
 
Topdan alın

Yuyucu toz və mayeləri, düyü, yağ, çay və s. topdan və böyük həcmdə alın. Xırda şüşə və qablara qablaşdırma həmişə daha baha olur. Məhsulların həftəlik siyahısını hazırlayın və böyük supermarketlərdə topdan alın. İndi siz gözlənilməz alış problemi ilə üzləşməyəcəksiniz və bir süd paketi ilə kassanın qabağında böyük növbəni gözləməyə ehtiyac qalmır. Endirimli məhsullara fikir verin, lakin muğayat olun. Köhnə və xarab məhsulları almayın
 
Geyimdə qənaət edin

Həm qadın, həm də kişilərdə ən böyük xərclərdən biri - qarderob, parfüm və kosmetika xərcləridir. Yeni paltarı almazdan qabaq şkafınızı yoxlayın: bəlkə çoxdan geyinmədiyiniz, lakin gözəl komplektləriniz hələ də qalıb. Həmçinin, mövsüm endirimlərini nəzərinizdən qaçırtmayın: həm xərcləriniz azalacaq, həm də bahalı olan əşyaları daha ucuz almaq olar.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN