Bu Hobbilər Insanı Daha Ağıllı Edir

0
9963
Bu Hobbilər Insanı Daha Ağıllı Edir

Əgər bir hobbiniz yoxdursa, tez bir zamanda bu barədə mütləq düşünün. Çünki hobbilər tək maraqlı əyləncə vasitəsi deyil, həm də çox faydalı məşğuliyyət ola bilər. Aşağıda insanı daha ağıllı edən hobbilərin siyahısını təqdim edirik. Əgər siz də bu hobbilərə sahibsinizsə, onlarla daha çox zaman keçirməyə çalışın. Əgər sahib deyilsinizsə, o zaman onları hobbi etməyə tələsin.

Xarici dil öyrənmək

Xarici dil öyrənməklə nəinki bir millətin mədəniyyətini yaxından tanıyacaqsınız, həmçinin bununla insanlarla daha rahat və asan ünsiyyət quracaqsınız. Xarici dil öyrənmək təxəyyülünüzü inkişaf etdirir və çətin tapşırıqları həll etmək imkanı yaradır.

Bəzi kompüter oyunları

Kompüter oyunlarının zərəri barədə hər birimiz az-çox məlumata sahibik. Lakin araşdırmalar sübut etmişdir ki, bəzi oyunlar həyat üçün vacib olan əl-göz koordinasiyasını inkişaf etdirir. Bununla yanaşı, oyunlar kritik qərarlar qəbul etmək şansı yaradır ki, daha sonradan bunu real həyatda da tətbiq edə bilərsiniz.

Puzzle-lar

Hər birimiz puzzle-ları sevirik. Hətta iri həcmli rəsmlərin bizi əsəbləşdirməsinə baxmayaraq. Bu puzzle-lar insanı düşünməyə vadar edir və bu da öz növbəsində intellektin inkişafına müsbət təsir edir. Lakin tək puzzle-lar bizi ağıllı etmir. Krosvord da həll etməyə zaman ayıra bilərsiniz.

Qəpik və yaxud digər əşyaları kolleksiya kimi yığmaq

Qəpik və ya digər əşyaları toplamaq da sizi ağıllı edən hobbilər sırasındadır. Bu məşğuliyyət sizin dünyanı daha yaxşı tanımağınıza kömək edir. Həyatda hər şeyə maraq göstərmək insanın dünyagörüşünün inkişafı üçün çox vacibdir.

Kitab oxumaq

Sözsüz ki, kitab oxumaq bir çoxlarının ən sevimli məşğuliyyətidir. Dünyada milyonlarla kitab mövcuddur və insanın həyatı boyu oxuduğu kitablar bu rəqəmin heç 1%-i etmir. Kitablar ətraf mühiti unikal və qeyri-adi tərzdə qavramağımıza kömək edir. Öz intellektinizi inkişaf etdirmək qərarına gəlmisinizsə, etməli olduğunuz ən yaxşı şey bu il ərzində oxuyacağınız kitabların siyahısını tutmaqdır. Bu siyahıda heç deyilsə 10 kitab olmalıdır. Kitab oxumaq təxəyyülünüzü inkişaf etdirməyə və təbii ki, söz ehtiyatınızı artırmağa kömək edən ən ideal vasitədir.

Musiqi alətində ifa etmək


Hər hansı musiqi alətində ifa etməyi bacaran insanlar hər zaman istedadlı və ağıllı insan hesab ediliblər. Xarici dil öyrənmək kimi, musiqi alətində ifa etməyə də uşaq yaşlarından başlamaq məsləhətdir. Lakin bu o demək deyil ki, siz artıq böyük olduğunuza görə bundan özünüzü məhrum etməlisiniz. Xeyr, heç zaman gec deyil.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN