Bu içkilərə xüsusi önəm verin, çünki ...

0
4589
Bu içkilərə xüsusi önəm verin, çünki ...

 Ürək insan orqanizminin əsas orqanlarından biridir. Ona görə də onu qorumaq əsas şərtdir. Bu səbəbdən də yediyimiz, içdiyimiz hər bir şeyə diqqət etməliyik. Ürəyimiz üçün daha faydalı qidalardan və həmçinin içkilərdən yararlanmalıyıq. Bəs ürək üçün faydalı olan hansı içkilərdir?


Bunlardan birincisi sudur. Orqanizmdə kifayət qədər su olmayanda qan qatılaşır. Bu zaman ürək gücə düşür. Bu zaman ürək xəstəliklərinin yaranması riski artır. 

Ürək üçün ikinci xeyirli içki isə yaşıl çaydır. Yaşıl çayın tərkibi antioksidantlarla boldur. Bu maddələr iltihablaşma prosesinin və qan-damar sistemindəki ankoloji xəstəliklərin qarşısını alır. 

Qırmızı şərab da ürək üçün xeyirlidir. Bu içkidə kifayət qədər kardioprotektorlar var. Bu içki xolesterinləri azaldır, damar tutulmalarının qarşısını alır. 

Ürək-damar sistemi üçün digər xeyirli içki isə nar şirəsidir. Bu içkidəki antioksidantların sayı yaşıl çay və qırmızı şərabdan iki dəfə çoxdur. 

Çoxsaylı miflərə və şayiələrə baxmayaraq, kofe də ürək üçün xeyirli içki hesab olunur. Mütəmadi kofe içən insanlarda infarkt və insult riski 20-40 faiz azalır.

ŞƏRH YAZIN