Bu kəşflərlə dünyamız dəyişib

0
3202
Bu kəşflərlə dünyamız dəyişib

 Hər yeni icad özü ilə yenilik gətirir. Bəzi icadlar isə, dünyanı dəyişdirir. 


Məsələn, od 
 
Bəşəriyyətin inkişafında ən böyük rol oynayan inkişaf şübhəsiz odun kəşf edilməsidir.Od, ilk vaxtlarda şüurlu olaraq istifadə edilməsə də daha sonralar idarə altına alına bilmişdir.Odun tam olaraq necə kəşf edildiyi bilinməsə də, yandırıla biləcək ilk qığılcımın çaxmaq daşının sürtülərək ortaya çıxdığı bilinməkdədir.Tam tarixi və necə kəşf edildiyi bilinməyən odun insanlığın bu günlərə çatmasına təmin etdiyi qatqı əvəzedilməzdir

Təkər
 
İndiki vaxtda bir çox texnoloji cihazın kəşfinə səbəb olan bir başqa əhəmiyyətli inkişaf olan təkər,böyük ehtimalla insanların ağac kötüklərini bir nöqtədən digər bir nöqtəyə çatdırmaq üçün yumrulayaraq apardıqları dövrdə tapıldı.3500 illər öncə kəşf edildiyi irəli sürülən təkərlər, böyük bir iş səmərəsini meydana gətirərkən, ticarətin və nəqliyyatın kəşf edilməsinə də zəmin yaratdı.

Yazı
 
Tarixçilər, yazını ilk tapan millətin şumerliler olduğunu söyləsə də, daha yenilikçi yanaşmalar yazının Misirdə tapıldığını müdafiə edir. Bəlkə də dünyada eyni anda iki sivilizasiya tərəfindən eyni anda kəşf edilmişdir.Yazının icadı,bəşər tarixində elm adına atılmış ilk və ən böyük inkişafdır.

Kompas
 
Kompas köhnə Çində,cadugərlərin sayəsində kəşf edilən bir vasitə. Cadugərlərin istifadə etdikləri maqnitlərin müəyyən bir müstəvidə bir istiqaməti göstərdiyi kəşf edildikdən sonra, inkişaf etdirilməyə başlanan kompas, 850-1050 illəri arasında bir iynənin yumru qaba qoyulmasıyla bu günki halını aldı. Kompas,bəşər tarixində irəlidəki çağlarda qitələrin kəşf edilməsində böyük rol oynadı.

Mətbəə
 
İntibah inqilabının ən böyük texnoloji inkişafı olaraq görülən mətbəə, ilk dəfə Alman Johannes Gutenberg tərəfindən inkişaf etdirilib icad edildi. Yazılı mətnlərin çoxaldılması əl ilə icra edildiyi üçün bu əməliyyat uzun bir zaman alır, məhdud sayda kitab nəşr edilirdi. Mətbəənin tapılması ilə elmi işlər daha geniş kütlələrə çata bildi və bu gün bəşəriyyətin inkişaf etmiş texnologiyaya çatmasına zəmin yaratdı. 

Mikroskop
 
Elmin inkişafında böyük rol oynayan bir başqa texnoloji tapıntı isə mikroskopdur.1650 ilində oğluyla birlikdə eynək emal edən Zaccharis Janssen,bir balonun içərisinə düzdüyü maddələr sayəsində ilk mikroskopu icad etdi. Bu balonun digər ucundan baxıldığı zaman, görülən cisimi 10 qat böyütdüklərini kəşf edən Janssen və oğulu Hans, bu vasitəni bir az daha inkişaf etdirdi. Bu kəşfdən yola çıxan Anton van Leeuwenhoek, 1700-cü illərin başında 270 qat böyüdən mikroskop icad edərək, elmə və texnologiyaya ən böyük təsirini etdi. 

Buxar maşını
 
Sənaye inqilabının başlamasına səbəb olan və bu günki mütəşəkkil sənayenin inkişafına böyük təsir edən buxar maşınını kəşf edən adamın tam olaraq kim olduğu bilinmir. Ancaq bu texnologiyanın kəşf edilməsindən sonra kəşfinin patentini alan Tomas Newcomen, buxar maşınının sahibi olaraq göstərilir.

Elektrik
 
600 illərində Antik Yunanda bilinən elektrikin, tam olaraq insan həyatına girməsi Edison sayəsində oldu. Köhnə Yunanlıların, kürklərə kəhrəba sürtərək statik elektriki kəşf etdikləri deyilir. Edison isə elektrik anlayışına insanların həyatını asanlaşdırmaq üçün istiqamət vermişdi. O dövrdə laboratoriya mühitində elektriki əldə edən digər iki ad isə Michael Faraday və Cozef Henry-dir. Bu gün bütün həyatımızı ələ keçirən və bir o qədər də gündəlik həyatımızı asanlaşdıran texnoloji məhsulların qaynağı elektrikin ən əşhur hekayəsi bu şəkildədir

Təyyarə
 
İndiki vaxtda qitələr arasındakı məsafələri qısaldan təyyarələr, hər nə qədər ilk olaraq Wright qardaşlar tərəfindən icad edildiyi deyilsə də, Alphonse Pénaud tərəfindən 1871 ci ildə tapıldı. İlk uçuş o tarixdə oldu. Daha sonra Wright qardaşların quşları araşdırmasıyla və təyyarə modelinə bənzəyən bir oyuncaqdan təsirlənməsiylə işlər başladı. Təyyarələrin inkişafında böyük təsiri ollan Wright qardaşların çıxardığı ilk təyyarə, bu günki təyyarələrin atası olaraq qəbul edilir. 

Televiziya
 
Bu gün dünyanın harasında, nə olur, bütün inkişaflara və xəbərlərə çatdığımız ayrıca əyləncə məqsədiylə də istifadə etdiyimiz bir cihaz olan televiziya, 1926 -cı ildə Amerikalı Ceyms Jargenson tərəfindən icad edildi. İnternet kəşf edilmədən əvvəl, insanların həyatını tamamilə idarə altına alan televiziya bu gün qarşısında virtual mühit kimi bir rəqibi varkən hələ ayaqda durmasnı bacara bilmişdir.

Kredit kartı
 
İlk dəfə 1950 -ci ildə elektronik kartpostal olaraq istifadə edilən kredit kartları indiki vaxtda həyatımızın hər anında əlimizdən qoymadığımız bir başqa texnoloji icaddır.Kredit kartları,insanları nağd pul daşımaqdan qurtararkən, kiçik ölçüsüylə də pulqabılarımızda və ya cibimizdə çox yer tutmur. 

Mobil telefon
 
İlk dəfə 1943-cü ildə, avtomobillərə telefon qoyulması ilə ortaya çıxan mobil ünsiyyət cihazlarının günümüzdəki əks olunması olan cib telefonları, 1973 ilində Martın Cooper tərəfindən ilk dəfə ortaya çıxarılmışdır.1977-ci ildə emal edilən bu cihaz yalnız 2000 ədəd istehsal edilmişdir.İnsanların indiki vaxtda ən çox istifadə etdiyi və ən faydalı icad olaraq gördükləri cib telefonları, dövrümüzün ən əhəmiyyətli texnoloji cihazlarından biri olaraq görülür. 

İnternet
 
Geniş şəkildə 1991-ci ildə istifadə edilməyə başlanan İnternet, bəzi çevrələr tərəfindən bəşər tarixinin gəlmiş keçmiş ən böyük kəşfi olaraq görülür. Dünyanın harasında olursuz olun, istədiyiniz məlumata istədiyiniz anda çatmanıza imkan verən İnternet, bütün məlumat, elm və ünsiyyət ünsürlərini bir araya gətirərək, zəngin məzmunu ilə insanlara xidmət edir. Bütün informasiya texnologiyalarının təməli olaraq görülən virtual mühit, bu gün həyatımızın hər anını idarə altına almış vəziyyətdədir.

ŞƏRH YAZIN