Bürclərə Görə Zəkaları...

0
5823
Bürclərə Görə Zəkaları...

Qoç-Sürətli düşünər.Yeni düşüncələrə açıqdır.Sözlərini əsirgəmədən danışa bilər.Təhlükəli vəziyyətləri sezərək dərhal reaksiya verə bilər.Bir siyasəti inandırıcı şəkildə ortaya qoya bilər. Sürət tələb edən işlərdə müvəffəqiyyətlidir.Səbir və həddindən artıq diqqət tələb edən işlər ona görə deyil.
Buğa -Yavaş,amma həzm edərək öyrənər.Öyrəndiklərini bir daha unutmaz.Praktik düşüncələrə malikdir.Xərc (maliyyə) şüuru vardır.Vədəli işlərdə son dərəcə müvəffəqiyyətlidir.Yeniliklərə çox açıq deyil.
Əkizlər -Son dərəcə cəld,öyrənməyə açıqdır.Çox sürətli danışa bilər və hərəkət edə bilər.Yeni şeylərə adaptasiya olmaqda ustadır.Düz danışma,xarici dil və təqlid qabiliyyəti də vardır.Narahat da ola bilər.
Xərçəng -Duyğu yüklü,asan təsirlənən bir zehini vardır.Keçmişdə yaşananlar onu davamlı məşğul edə bilər.Yaddaşı güclüdür.Qabiliyyətli bir əhvalat izah edicisi ola bilər.Psixoloji məsləhətçilik ona uyğun ola bilər.Böyük risklər sevməz.
Şir -Böyük proyektləri sevər və özündən əmin bir şəkildə danışar.Düşüncələri ilə maraq oyandırmağı sevər.Müəyyən sabit fikirləri vardır.İdarəçilik (təşkilatçiliq) sahəsində müvəffəqiyyətli ola bilər.İstiqanlı fikirləri vardır.Düşüncələri ilə canlandırıcı və ilham vericidir. Ümumiyyətlə,optimistdir.Ancaq bəzi vəziyyətlərdə həddindən artıq çox buyurğan və qürurlu hərəkət edə bilər.
Qız -Son dərəcə diqqətlidir və tülkü kimi düşünə bilər.Yaxşı bir təşkilatçıdır.Dəqiq qəti bir tərzi vardır.Düşünmə qabiliyyəti çox inkişaf etmişdir.Çox kateqorik düşündüyü üçün ümumi işi görməkdə çətinlik cəkə bilər.Hətta mənfi vəziyyətlərdə çox tənqidi və davamlı şikayət edən bir rəftar da sərgiləyə bilər.
Tərəzi -Uyğunlaşma gətirən barışçıl düşüncələrə malikdir.Estetik baxımdan inkişaf etmiş bir zehini vardır.Hadisələri tərəfsiz olaraq dartmağa çalışar və səs-küydən,tələskənlikdən xoşlanmaz.Qərar alması uzun sürər.Yoldaşcanlı,ictimai mövzularda müvəffəqiyyətli və etdiyi işə zəriflik və sənət qatan biridir.Ancaq çox rəqabət tələb edən işlərdə müvəffəqiyyətli olmaya bilər.
Əqrəb -Qərarlı,araşdıran və hiss sahibi bir zəkası vardır.Bir dedektif kimidir.Hadisələrin ardında yatan gerçəkləri açığa çıxarda biləcək qabiliyyətlərə malikdir.Bəzən mərhəmətsizcə danışa bilər.Konsentrasiya qabiliyyəti vardır.Hissləri ümumiyyətlə doğrudur.Ancaq mənfi istiqamətiylə çox israrçı və həddindən artıq gizləyici də ola bilər.
Oxatan -Geniş düşünməyi sevən,budaqdan dala atlamağa uyğun biridir.Diqqəti ümumiyyətlə dağınıqdır.Ancaq bu mövqe adamı optimist,istiqanlı və çox istiqamətli biri edər.Düşüncələrində fanatik olma riski də vardır.
Oğlaq - İş zəkası çox inkişaf etmişdir. Çox yaxşı bir təşkilatlandırıcı ola bilər. Həqiqidir və qaydalara əhəmiyyət verər. İntizamın olduğu yerdə rahatlayar. Həqiqi rəftarı üzündən başqaları tərəfindən çox pessimist tanına bilər. Hətta soyuq bir danışma tərzi də ola bilər. Ancaq ehtiraslı və məsuliyyət sahibibdir.Həddindən artıq ənənəçi ola bilər.
Dolça -Elmi bir zəkaya və hisslərə malikdir.Dəqiq düşünə bilər və son dərəcə qərarlıdır.Duyğuları ilə düşüncələrini bir-birinə qarışdırmaz,ancaq ədalətli olmağa diqqət göstərər.Fərqli görüşlərə açıqdır və son dərəcə reformist ola bilər.Liberal və insancıl düşüncələrə malikdir,ancaq qərarlarından daşınmaz.Həddindən artıq vəziyyətlərdə çox mücərrəd və nəzəri ola bilər.
Balıq -Həssas və passiv bir zəkaya malikdir,ancaq böyük hiss sahibidir.Bu mövqe açıq bir zəka və insanların duyğularını ən dərindən anlayan bir anlayış gətirər.Bu güclü hissləri onlara böyük yol göstərər.Yaradıcılıq tələb edən sahələrdə müvəffəqiyyətli ola bilərlər.Diqqətləri asanca dağıldığı üçün təhsildə qatı qaydalar onlara görə heç deyil.Asanlıqla narahat ola bilərlər.

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN