Çay Və Kofenin Yuxuya Təsiri

0
3334
Çay Və Kofenin Yuxuya Təsiri

Tərkibində kofein maddəsi olduğu üçün çay və kofe insan beyininin hüceyrələrini oyaq saxlayır. Bəs necə olur ki, bəzən çay və ya kofe içdikdən sonra beyin hüceyrələrində yuxulama halı müşahidə edilir?
Bu hal adətən böyrəküstü vəzinin funksiyasının pozulması zamanı meydana çıxır. Bu orqan orqanizm üçün əhəmiyyətli sayılan adrenalin hormonunun ifraz olunmasında əsas rol oynayır. Adrenalin hormonu normal halda orqanizmi oyaq, enerjili vəziyyətdə saxlayır. Çay və ya kofe ilə qəbul olunan kofein isə orqanizm üçün əlavə yükdür. Belə olan halda orqanizm bu yükdən "yorulur" və beyin hüceyrələrində yuxululuğun yaranmasına səbəb olur. Alimlərin qənaətinə görə belə hallarda normal reaksiyanı təmin etməkdən ötrü kofein tərkibli içkilərdən bir müddət uzaq durmaq gərəkdir.
 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN