Da Vinçi həqiqətləri ...

0
6492
Da Vinçi həqiqətləri ...

 Leonardo da Vinçini Mona Liza əsərinin müəllifi kimi tansıaq da, onun haqqında çox bilgiyə sahib deyilik. Elə isə, sənətdə iz qoyan bu insanı yaxından tanımağa nə deyirsiniz???


Leonardo bir dənə də olsun avtoportretini saxlamamışdır. Mütəxəssizlər düşünür ki, onun ən məhşur əsəri olan “Leonardo” (1512 – 1515 ci illər) yaşlı vaxtı çəkilmişdir. Bəziləri isə düşünür ki, bu baş sadəcə olaraq “Sirli şam yeməyi” adlanan əsərin içərisindəki şəxslərdən birinin eskizidir. Ancaq bu rəsm haqqında fikirlər XIX əsrdə yayılmağa başlanmışdı və Leonardo haqqında mühüm tədqiqatlar aparan professor Pyotr Marani bu fikirdə olan şəxslərdən idi.

Bir gün Leonardonun müəllimi Verrokko “Xaç suyuna salınan İsa” adlı rəsmi çəkmək üçün sifariş alır və ordakı mələklərdən birinin çəkilməsini müəllimi ona tapşırır. Bu qeyri – adi hal hesab olunurdu, çünki həmin dövrdə heç bir müəllim öz şagirdi ilə birlikdə rəsm əsəri işləmirdi. Mələklərin çəkilməsindən sonra müəllim Verrokko öz şagirdi Leonardonun işinə baxır və valeh olur. Çünki mələyin üzündəki məsumluq və saflıq onu həqiqətən cəzb edir və bundan sonra Verroko fırçasını atır, bir daha rəsm əsəri çəkmir. Müəllimin öz şagirdi qarşısında uduzması haqqında məlumatı isə Vazari öz yazılarında əks etdirmişdir. 

Leonardo həmçinin ecazkar bir musiqi aləti olan liredə ifa etmə bacarığı var idi və nə vaxt ki, Milanda onu həbs etmişdilər o, musiqi alətində məharətlə çalaraq rəssam deyil, musiqiçi olduğunu hakimə sübut etməyi bacarmışdı.

Leonardo ilk dəfə bildirdi ki, nəyə görə səma mavi rəngdədi. O, “Bədiilik” adlandırılan kitabında yazırdı; “Səmanın mavi olmasının səbəbi havanın təmiz olan müəyyən hissəsi nəticəsində meydana gəlir, hansı ki, torpaqla göyün yuxarı qatı arasında qalmışdır”.

Deyilən sözlərə görə Leonardo solaxay biri olmuşdur. O, həm sağ, həm də sol əli ilə yazı yaza bilir və ikisini də işlədə bilirdi. Ancaq xatırladaq ki, deyirlən fərziyyələrə görə hətta bəzən o, iki əli ilə də eyni anda yazı yaza bilirmiş. Ancaq daha çox sol əlini istifadə edərək sağdan sola yazılarını yazmağa üstünlük verirmiş.

Məlumatların çoxunda onun vegeterian olduğu göstərilir. Bu sözlər ona aiddir; “Əgər insan özü azadlığa can atırsa nəyə görə o, quşları və heyvanları qəfəsə salır?......insan dünyada ən böyük yırtıcıdır, çünki o, hər şeylə pis davranır. Biz başqalarını öldürərək yaşayırıq. Biz qəbirstanlığa gedən insanlar! Hələ gənc yaşlarımda ikən mən ətdən imtina elədim”. 

Leonardo öz əl yazmalarında sağdan sola istiqamətli yazmışdır, bunları yalnız güzgü vasitəsilə oxumaq mümkündür. Bir çoxları düşünür ki, o, bu yolla öz tədqiqatlarını ətrafdakılardan gizlətməyə çalışırdı. Bəlkə də belədir. Digər fikirlərə görə güzgü ilə yazının oxunulması onun fərqliliyi idi. Hətta elə fikirlərdə var ki, guya ona digər üsulda yazmaqdansa belə yazı yazmaq daha asan gəlirdi. Hazırda “Leonardo yazısı” adlandırılan formalar da mövcuddur.

Leonardonun maraqları sırasında hətta kulinariya və servis üsulları da yer alır. Milanda 13 yaşında ikən o, ziyafətlərdə yemək paylayan işləyirdi. Bu zaman o, çoxlu sayda reseptlər öyrənir, aşbazların sirləri ilə tanış olurdu. Bu ziyafətlərdə qonaqlara təqdim olunan “Leonardodan” adlı sup xüsusi diqqətə səbəb olurdu.

Leonardo Da Vinçinin ixtiraları:
1483 – ci ildə Paraşut
Təkərşəkilli qala (tapanca üçün)
Velosiped
Əsgərlər üçün metaldan hazırlanmış döyüş aləti (tankın prototipi)
Yüngül, körpüyəbənzər və orduda istifadə olunan
Projektor
Katapulta (mancanaq)

ŞƏRH YAZIN