Dahilər böhran haqqında nə deyir?

0
3525
Dahilər böhran haqqında nə deyir?

 Fikirləşirəm ki, amerikanlar yalnız böhran müddətində çevrilib başqa insanlara baxırlar. Təbii ki, burda söhbət Amerikanın özündə baş verən böhrandan gedir. Əgər iki dövlət müharibə aparırsa və bu Amerikanın maraqları üçün əhəmiyyət kəsb etmirsə, onda ictimaiyyətə bu barədə məlumat verilmir. Amma nəvaxt ki, diktator hakimiyyətdən endirilir və ya neftin qiymətində dəyişiklik olunur, onda siz söhbətin hansı ölkədən getdiyini, dövlət dilinin hansı dil olmasını hətta diktatorların adının necə tələffüz olunmasını və yerli dini mənsubiyyətlə bağlı xırdalıqları istənilən  televiziya kanalından öyrənə bilərsiniz. Don De Lillo


Çıxılmaz vəziyyətlər və böhranların da ən azından bir üstün cəhəti var: Onlar bizi məntiqi düşünməyə, tənqidi təfəkkürü inkişaf etdirməyə dəvət edir. Jawaharlal Nehru

Böhran zamanı ən kiçik şey belə hesaba gəlir (və ya hər kiçik rəqəmin öz hökmü var ). Jawaharlal Nehru

Böhran vaxtında ən asan vəziyyət elə mübarizənin özüdür. Ən çətin mərhələ isə qalıb savaşmağa və ya geri çəkilməyə qərar verə bilməməkdir. Ən təhlükəli dönəm isə olacaqların aqibətidir. Bütün resurslar böhran əleyhinə səfərbər olunub və fərdlərin öhdəsinə düşən yeganə iş oturub kütləşmiş reaksiyaları və ədalətsiz mühakimələri izləməkdir. Richard Nixon

Nəhayət, dalğa geri çəkiləndə, kimin çılpaq üzdüyü bəlli olur. Uorren Baffet

Maraqlısı budur ki, əgər “böhran” sözünün çin dilində yazılışına baxsaq, o iki heroqlifdən ibarətdir. Bunlardan biri təhlükəni, digəri isə şansı ifadə edir. Yəni böhran zamanı təhlükə və imkan çox yanaşı dayanır. John F. Kennedy

Böhran, sakinlərinin bizlər olduğu yanan evə bənzəyir. Elə bir ev ki, heç bir yanğınsöndürmə məntəqəsinə zəng etmək və ya ehtiyat çıxışı tapmaq mümkün deyil. Bizlər isə evin ən yuxarı mərtəbəsinə çıxıb oradan ətrafı və özümüzün alovlar içərisində necə əzaba qərq olacağımızı izləməyə məhkumuq. Tennessee Williams

Gec ya da tez biz karyeramızın müəyyən mərhələsində hər hansısa bir böhranla üz-üzə qalırıq. Lakın gələcək uğur və xoşbəxtliyimiz bu böhranı necə qarşılayacağımızla birbaşa bağıdır. Hələ dünya düzəninin lap başlanğıcından istənilən həyat forması bu cür böhrandan sığortalanmayıb. Robert Collier

Böhran o zaman meydana çıxır ki, qaldırılan suallar artıq cavabsız qalmağa başlayır. Ryszard Kapuściński
 
Ölkənin var-dövlətini yaratmaq üçün bir çox şeyi xarabalığa çevirmək lazım gəlir. Adam Smit

Böhran, auditorların tapa bilmədiyini üzə çıxarır (xalq məsəli)

ŞƏRH YAZIN