Dahilər deyir ki ...

0
10148
Dahilər deyir ki ...

 1. Uzun müddət ərzində dəyişməyəcək tək istəyimiz var: PUL və ŞÖHRƏT. Heç kim " bunlar mənim üçün vacib deyil" deməsin. Hər insanın şüuraltında bu istək vardır. Lev Tolstoy


2. Televizoru çox faydalı hesab edirəm. Nə zaman biri televizoru açsa, digər otağa keçib kitab oxuyuram. Groucho Marx

3. Tanrım, mənə dəyişdirə bilməyəcəyim şeyləri qəbuletmə sükunətini, dəyişdirə biləcəyim şeyləri dəyişdirmə cəsarətini və bu ikisi arasındakı fərqi anlayabilmə bacarığını bəxş et. Reinhold Niebuhr

4. İnsanlar ancaq bildiklərini danışsaydılar, təsəvvür edin necə sükut olardı. Çapek

5. Mənim arzum başqalarının bir kitabda başa saldıqlarını on cümlədə anlatmaqdır. (Fridrix Nitsşe)

6. Kitablar insanlarda görmədiyim,bilmədiyim cəhətləri mənə göstərməkdə və sübut etmək böyük qüdrətə malikdir. M.Qorki

7. Bir insanı tanımaq üçün başqalarının onun haqqında dediklərinə yox, onun başqaları haqqında dediklərinə bax. Leo Alkman

8. Artıq xəyallarım suya düşəcək deyə narahat olmuram. Çünki, onlar suya düşə düşə üzməyi öyrəniblər. Cemal Süreya
 
9. Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin. Bəhmənyar

10. Sevir, çünki sevir, sevmir, çünki sevmir – hisslərin və ehtirasların məntiqi bu qədər qısadır. 
A.Hersen
 
11. Əsl məhəbbət kabusa bənzəyir; hamı onun haqqında danışır, lakin çox az adam onu görüb.
Fransua de Laroşfuko

P.S: Asanlaşdırın, çətinləşdirməyin. Sevdirin, nifrət etdirməyin. Hz. Məhəmməd...

ŞƏRH YAZIN