Dahilər Qadınlar Haqqında Nə Deyir?

0
10902
Dahilər Qadınlar Haqqında Nə Deyir?

1. Qadınlar heç vaxt kişilər kimi müvəffəqiyyətli olmayacaq, çünki onlara məsləhət verən arvadları yoxdur.
-- Dick Van Dyke
 
2. Qadınlar iki qrupdan ibarətdir: ilahələr və kölələr.
-- Pablo Picasso
 
3. Bütün qadınlar yararlıdır – ya hər şeyə, ya da heçnəyə. 
-- Miguel De Cervantes
 
4. Qadınlarda riyaziyyata qarşı sevgi var. Onlar yaşlarını ikiyə bölür, geyimlərinin qiymətini ikiyə vurur və həmişə də ən yaxın rəfiqələrinin yaşına ən azı beş il əlavə edirlər. 
-- Marcel Achard
 
5. Qadınlar: onlarsız yaşaya bilmirəm,qonşular da sezmədən onları arxa bağçada basdıra bilmirəm. 
-- Sean Williamson
 
6. Qadını məhkəmədə görməyincə onu tanımaq mümkün deyil. 
-- Norman Mailer
 
7. Soyğunçu səndən ya pulunu ya da həyatını tələb edəcək. Qadın isə hər ikisini. 
-- Samuel Butler
 
8. Qadınlar fil kimidir, onlara tamaşa etməyi xoşlayıram, amma sahib olmağı istəmirəm. 
-- W.C. Fields(Mississippi, 1935)
 
9. İki il bir qızı izlədim ki, sonda onunla mənim zövqlərimizin eyni olduğunu öyrənim
-- Groucho Marx
 
10. Qızın 18 yaşınadək yaxşı valideynlərə ehtiyacı vardır. 18-35 yaş arası onun yaxşı görünüşə ehtiyacı vardır. 35-55 yaş arası yaxşı şəxsiyyət olmalıdır. 55 yaşından sonra isə yaxşı pula ehtiyacı vardır. Ona görə də mən pula ehtiyat edirəm.
-- Sophie Tucker
 
11. Əgər qadınlar yanlış yoldadılarsa, onların arxasınca gedən kişilər doğru yoldadır. 
-- Mae West
 
12. Qadının beyni kişinin beynindən daha təmizdir, çünki o, tez-tez onu təzələyir. (Bizim sözlə, barmağı həmişə F5 düyməsindədir).
-- Oliver Herford
 
13. Qadın təxmini kişi dəqiqliyindən daha etibarlıdır. 
-- Rudyard Kipling
 
14. Psixiatr qadınlar tərəfindən pulsuz soruşulan sualları səndən baha qiymətə soruşan, peşəkardır sadəcə.
-- Joey Adams
 
15. Əgər qadınlar mövcud olmasaydı, yer üzündəki bütün pullar mənasın itirərdi.
-- Aristotle Onassis
 
16. Bir gün bir qız zəng eləyib dedi ki: “gəl bizə, evdə heç kim yoxdur”. Mən də getdim evə. Evdə doğurdan da heç kim yox idi.
-- Rodney Dangerfield
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN