Dr. Oetker Firmasının Keçmişi

0
1998
Dr. Oetker Firmasının Keçmişi

Dr. Oetker firmasının keçmişi haqqında qaranlıq məqamlar üzə çıxıb. Belə ki, aparılan araşdırmadan bəlli olub ki, şirkət keçmişdə kölə işçilər işlədib. Şirkətin rəhbəri olan Avgust Oetker firmanın və atasının faşistlərlə olan münasibətini araşdırıb. Araşdırmadan bəlli olub ki, şirkət II Dünya müharibəsindən 70 il sonra qaranlıq keçmişini gizlətmək üçün böyük səy göstərib. Amma nə qədər səy göstərsə də buna nail ola bilməyib. Gizli araşdırma Münhendə olan Lüdviq Maksimilian Universiteti tərəfindən aparılıb. Məlum olub ki, dövrün bir çox iş adamı kimi firmanın o zamankı başçısı Richard Kaselovski də faşistlərlə yaxınlaşmağa çalışıb. Verilən məlumatlara görə Adolf Hitlerin iqtidara gəlməsindən qısa bir müddət sonra Kaselovski Nasional Sosialist Alman İşçi Partiyasına üzv olub. İş adamı indi də Himmler kimi dövlət əhəmiyyətli adamlara bahalı hədiyyələr verməkdə günahlandırılır. Şirkətin ilk rəhbəri olan Kaselovskinin ögey oğlu Rudolf-August Oetker də atasının bu siyasətini davam etdirib. Qeyd edək ki, indiyə qədər faşistlərlə işbirliyində olan bir çox Alman şirkətlləri haqqında məlumatlar açıqlanıb. Dr. Oetker firması isə qaranlıq keçmişi ilə üzləşən ən sonuncu Alman firmasıdır.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN