Dünyada ən çox satılan məhsullar

0
2424
Dünyada ən çox satılan məhsullar

24/7 Wall Street internet saytı, 10 fərqli kateqoriyada dünyanın ən çox satan məhsullarını sadaladı.


iPhone
2007-ci ildə satışa çıxmasından bəri fərqli modellərlə ümumi 516 milyon ədəd satan iPhone, dünyanın ən çox satılan telefonudur.

Harry Potter
Harry Potter, 450 milyon ədədlik satış rəqəmiylə dünyanın ən çox satılan kitabıdır.

Rubik Cube
Bazara çıxdığı 1980-ci ildən bu yana 350 milyon ədəd satılan Rubi Cube, beləliklə dünyanın ən çox satılan oyuncağı oldu.

Sony PlayStation
PlayStation markası, dörd fərqli modelindən cəmi 344 milyon ədəd sataraq ən çox satılan oyun dəsti oldu.

Super Mario
Video oyun şirkəti Nintendo 1981-ci ildə təqdim etdiyi Super Mario seriyasından ümumi 262 milyon ədəd oyun satıldı.

iPad
211 milyon ədəd satılan iPad, dünyanın ən çox satılan planşetidir.

Thriller
Michael Jacksonun Thriller albomu, satışa çıxdığı 1982-ci ildən bu yana 70 milyon nüsxə sataraq dünyanın ən çox satılan albomu oldu.

Corolla
Toyotanın ilk dəfə 1966-cı ildə satışa çıxardığı Corolla-dan bu günə qədər 40,7 milyon ədəd satıldı.

Lipitor 
Pfizer bu günə qədər 141 milyard dollara bədəl lipitor xolesterol dərmanı satdı. 

Star Wars 
Altı Star Wars filmi cəmi 4,6 milyard dollar hasilat əldə edərək ən çox satılan film oldu.
 

ŞƏRH YAZIN