Dünyada Ən Məşhur Mahnı

0
5498
Dünyada Ən Məşhur Mahnı

Dünyada indiyə qədər ən çox söylənmiş, hələ də məşhurluğunu saxlayan  mahnı hansıdır deyə soruşulsa, dərhal ağla gəlməyə bilər. Bu mahnı hər kəs tərəfindən çox tanış, musiqisi əzbərdən bilinən  “Yaxşı ki doğuldun .....” və ya  “xoşbəxt illər sənə”   şəklində deyilən ad günü mahnısıdır. Bu mahnı yaradılarkən ad günlərində deyiləcəyi kimsənin ağılına gəlməmişdi. 1893-cü ildə ABŞ-da, Kentucky-da iki bacı müəllimənin  şagirdlərinin səhərlər söyləmələri üçün bəstələdikləri bu mahnının orijinal adı  'Good Morning to All'  yəni 'Hər kəsə Günaydın ' idi.

Mahnının musiqisini Mildred Hill bəstələmişdi. O, eyni zamanda kilsələrdə piano çalırdı. Mahnının sözlərini isə Mildredin doqquz yaş kiçik bacısı Patty yazmışdı. Mildred 57 yaşında 1916-cı ildə öldükdən bir neçə il sonra bəstələdiyi mahnı  'Happy Birthday'  adı altında söylənməyə başlandı.

Robert Coleman adlı biri mahnının bəstəsini istifadə edərək sözlərini  “Happy birthday to you”  olaraq dəyişdirdi. Mahnı zaman içində o qədər yayıldı ki, bəstəkarları belə unuduldu. Nə vaxt mahnı ad günü formatında Broadwayda bir müzikalda istifadə edilməyə başlandı, o günə qədər səsi çıxmayan üçüncü qardaş Jessica məhkəməyə müraciət etdi. Bəstənin həqiqətən özlərinə aid olduğunu isbat etdi və mahnının bütün haqqlarına ailəsinin sahib olmasını təmin etdi. Daha sonra bütün konsertlərdə bu parçanı repertuarlardan çıxartdılar. Onlar haqq ödəməmək yolu axtararkən Dr. Patty Hill uzun xəstəlikdən sonra vəfat etdi. Amma bu dönəmdə mahnı artıq dünya səviyyəsində idi. Hazırda bu mahnı telefonla gün ərzində ən azı yarım milyon insana oxudulur və dinlədilir. 
 
 

Korrektor: Əliyeva Aynur
 

ŞƏRH YAZIN