Əlləriniz niyə titrəyir?

0
3241
Əlləriniz niyə titrəyir?

 Bəzən gənc və ya ortayaşlı şəxslərdə də əl titrəməsinə rast gəlinir. Bəs bu nədən xəbər verir?


Sağlam insanlarda da müşahidə olunun əl titrəməsi nevroloji və ya beyin xəstəliklərinin xəbərçisi ola bilər. Titrəmənin tibb aləmində “vücudun müəyyən bir hissəsindəki əzələlərin ritmik bir şəkildə sıxılması və boşalması” şəklində tərifi var. 

Türkiyədə bir qrup həkim-mütəxəssis insanlarda əl titrəməsi halları ilə bağlı araşdırma aparıb. Nevropotoloq dr. Zeynəb Aydın Özemir əl titrəməsinin bir sıra xəstəliklərlə yanaşı qəbul edilən bəzi dərmanlar səbəbi ilə də baş verə biləcəyini dilə gətirib: “Adətən, 20 yaşından sonra başlayan əl titrəməsi insan yaşlaşdıqca daha da artır. Daha çox yorğunluq və stress nəticəsində ortaya çıxan bu narahatlıq bəzən qəbul edilən dərmanlar nəticəsində də əmələ gəlir”.

Titrəmənin ağır xəstəliklərin də xəbərçisi ola biləcəyini xatırladan Özemir bu problem gündəlik həyata mane olacaq qədər artdıqda mütləq həkimə müraciət etməyi tövsiyə edir: “Əllərdə titrəməyə səbəb olan ən ağır xəstəliklərdən biri parkinsondur.

İlk başda bir əldə başlayan titrəmə daha sonra hər iki əldə müşahidə olunur. Əsasən, əllərdə titrəmə ilə özünü göstərən xəstəlik son nəticədə beyinə ağır zərər verir. Əgər əl titrəməsi gündəlik yaşam tərzinizə mane olursa, o zaman mütləq mütəxəssisə müraciət edin. Bu ağır beyin xəstəliyinin ilkin xəbərçisi də ola bilər”.

ŞƏRH YAZIN