Ən Bahalı Kitablar.

0
3438
Ən Bahalı Kitablar.

1. “Lester əlyazmaları”, qiyməti: 30.8 milyon dollar

“Lester əlyazmaları” (“The Codex Leicester”) Leanardo Da Vinçinin elmə aid yazılarının toplusudur.
Kitab 1980-ci ildə varlı sənayəçi, incəsənət kolleksiyaçısı və filantrop Armand Hammer tərəfindən satın alınıb və adı “Codex Hammer” olaraq dəyişdirilib. 1994-cü ildə məşhur milyarder Bill Qeyts kitabı auksionda 30.8 milyon dollara alıb. Və beləliklə, “Lester əlyazmaları” dünyanın ən bahalı kitabı adını qazanıb.
 
2. “Henri Layının İncili”, qiyməti: 12.7 milyon dollar
 
“Henri Layının İncili” (“The Gospels of Henry the Lion”) 4 İncilin mətnlərindən ibarət 266 səhifəlik əlyazmadır. Kitabın 50 səhifəsi tamamilə illustrasiyalardan ibarətdir. Bu İncil, Hersoq Avqust Kitabxanasında saxlanılır və təhlükəsizlik səbəblərinə görə, iki ildə bir dəfə nümayiş etdirilir. Əsər 1993-cü il, dekabrın 6-da Londonda satılıb.
 
3. “Kantenberi hekayələri”, qiyməti: 7.18 milyon dollar
 
“Kanterberi hekayələri” (“The Canterbury Tales”) Cefri Çouser tərəfindən 14-cü əsrdə yazılmış hekayələr toplusudur. Hekayələrdən bəziləri Çouserin öz şəxsi müşahidələri əsasında, bəziləri isə başqalarından eşitdiyi əhvalatlar əsasında yazılıb.
Əsər 1998-ci ildə Londonda 7.18 milyon dollara satılıb.
 
4. “Qutenberq İncili”, qiyməti: 5.39 milyon dollar
 
“Qutenberq İncili” (“The Gutenberg Bible”) Yohan Qutenberq tərəfindən çap edilən ilk kitablardan biridir, kitab 1455-ci ildə dərc edilib.1987-ci il, oktyabrın 22-də Londonda satılıb.
 
5. “Northumberland Bestiari”, qiyməti: 4.21 milyon dollar
 
“Nortumberland Bestiari” (“The Northumberland Bestiary”) öz dövrünün ən məşhur şəkilli kitabı idi.1990-cı ildə Londonda satılıb. “Nortumberland Bestiari” ən bahalı ingilis əlyazması rekorduna sahibdir.
 
6. Motsartın 9-cu simfoniyasının əlyazmaları, qiyməti: 3.57 milyon dollar
 
Volfanq Amadey Motsartın 9-cu simfoniyasının əlyazması dünyanın ən bahalı musiqi əlyazması ünvanına sahibdir və 1987-ci ildə Londonda satılıb.
 
7. “Amerikanın quşları”, qiyməti: 3.6 milyon dollar
 
“Amerikanın quşları” (“The Birds of America”) naturalist və rəssam Con Ceyms Audubon tərəfindən yazılıb. Kitab 1989-cu ildə Nyu-Yorkda satılıb və təbiətin tarixi haqqında yazılan ən bahalı kitabdır.
 
8. “Yəhudi İncili”, qiyməti: 2.88 milyon dollar
 
“Yəhudi İncili” (“Hebrew Bible”) 1989-cu ilin dekabrın 5-də Londonda satılıb. Kitabın orijinalı ibrani və aramey dillərində yazılıb və indiyə kimi ibrani dilində yazılan ən bahalı əlyazma rekorduna sahibdir.
 
9. “Monipenni icmalı”, qiyməti: 2.65 milyon dollar
 
1490-95-ci illərdə yazılan “Monipenni icmalı” (“The Monypenny Breviary”) fransız əlyazması 1989-cu ildə Londonda 2.65 milyon dollara satılıb.
 
10. “Elizabet de Bohumun saatları və psalteri”, qiyməti: 2.18 milyon dollar
 
“Elizabet de Bohumun saatları və psalteri” (“Psalter of Elizabeth de Bohum”) 1988-ci il, 21 iyunda Londonda satılıb.1340-45-ci illərə aid əsər Bernard Kvariç tərəfindən satın alınıb. 
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN