Mükəmməl Lider Necə Olmalıdır?

0
22315
Mükəmməl Lider Necə Olmalıdır?

Amerikan alimlərinin apardıqları araşdırma nəticəsində dünyanın ən çətin dilləri məlum olub. Bunlar aşağıdakılardır :

 

Yapon dili - əlifbası çin dilinin kandzi xəttindən dönmüş xətdir. Kandzi hiraqana və katakanada istifadə olunur. Yapon dili Şərq dillərindən hesab olunur. Bu dildə 5 sait var.

 

Bask dili - heç bir dillə qohumluğu olmadığı üçün öyrənilməsi olduqca çətindir. Aparılan son araşdırmaya görə, bask dilinin gürcü dilinə uyğunluğu var. Özlərini Gürcüstandan köç etmiş xalq kimi bilən baskları tanıyan yeganə ölkə də elə Gürcüstandır.

 

Ərəb dili - dünyanın ən çətin yazılış sistemi olan dildir. Sağdan sola yazılır və oxunur, ərəb əlifbasında baş hərf yoxdur. Ərəb dilində 28 samitin və müxtəlif saitlərin olmasına baxmayaraq, ərəb əlifbasında yalnız 28 hərf vardır, ərəb rəqəmləri də fərqli yazılır. Hərf birləşməsində hərflərin qrafikası dəyişdiyi üçün ərəb əlifbasında sözün hissələri bir sətirdən digərinə keçirilə bilməz: sətrin sonuna sığmayan söz bütünlüklə sonrakı sətrə keçirilir, sətrin sonunda qalan boşluq irəlidəki gəlmənin bəzi hərflərinin üfüqi hissəsini və ya bitişdirici xətlərini uzatmaq yolu ilə doldurulur. BMT-nin 6 rəsmi dillərindən biridir.

 

Çippeva dili- Şimali Amerikada yaşayan hindu tayfalarının dili. Felin başqa heç bir dildə olmadığı qədər – 10.000-ə yaxın forması var.    

 

Çin dili - müxtəlif səbəblərdən dünyanın çətin dili hesab olunur. İlk növbədə bu dildə dünyanın ən qədim heroqliflərindən istifadə edilir. İkincisi də, bir heroqlif bir neçə səsi ifadə edir.

 

Tabasaran dili - Dərbənddə yaşayan Dağıstan xalqının dilidir. Bu dildə ismin 48 halı mövcuddur.

 

Macar dili - öz dəqiq vurğusu ilə fərqlənir, əlifbası 42 hərfdən ibarətdir. Qədim fin-uqor dil qrupuna daxildir.

 

 

Koreya dili - bu dilin öyrənilməsində çətin cəhət odur ki, bu dildə eyni sözün hörmətli ve qeyri-hörmətli, rəsmi və qeyri-rəsmi formalarına rast gəlmək mümkündür.

Korrektə etdi: Elnarə İzel

ŞƏRH YAZIN