Eynəyin Kəşfi

0
2866
Eynəyin Kəşfi

Əsrlər öncə monaxlar kitab və ya hər hansı bir məqaləni oxumaq üçün şüşə parçasından istifadə edirdilər. Şüşəni mətnə yaxınlaşdırıb oxuyurdular. Yunan alimi Aristofan (b.e.ə. 448-380) bilirdi ki, stəkanı lupa kimi istifadə etmək olar. Ancaq buna baxmayaraq bu üsuldan ilk dəfə Venesiya trubaçıları istifadə etməyə başladı, daha sonra gözün önünə yerləşdirilən linzalar meydana gəldi. Ən qədim linza qədim Nineviya ərazisində tapılıb. O dağ xrustalından hazırlanmışdı. Bütün bunlar yalnız bir gözün istifadəsi üçün nəzərdə tutulurdu. 2 şüşəli eynəklərin yaranması 13-cü əsrə təsadüf edir. 1268-ci ildə Roger Bacon linzaların görünüşünün düzəldilməsi haqqında ilk elmi şərhini yazmışdı. Salvino D`Armate və Alessandro Spina eynəyin 1284 -cü ildə məhz onlar tərəfindən kəşf olunduğunu iddia etsələr də bunu sübut edən heç bir fakt yoxdu.

Eynək istifadəsinin ilk faktiki sübutu kimi 1289 -cu ildə yazılan Popoza ailəsnin əlyazısını göstərmək olar: "Mən artıq qocalmışam eynəksiz nə oxuya bilirəm, nə də yazı yaza bilirəm." 1306-cı ildə isə bir monax öz çıxışında belə demişdi: "Eynəyin yaranmasından hələ heç 20 il də keçməyib." Ancaq heç bir yerdə eynəyin kim tərəfindən icad edildiyi konkret olaraq qeyd edilmir.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN