Göz qırpmaq ...

0
2699
Göz qırpmaq ...

 Heç düşünmüsünüzmü gözlərimizi niyə tez tez qırpırıq? Düşünmək yetməz, amma amerikalı alimlər məhz bu sual üzərindən araşdırma aparıblar. 


Amerikanın Oftalmologiya Akademiyası bildirdi ki, uzun müddət kompyuterdə işləmək gözlərdə qıcıqlanma (qızartı, yaşarma və ya buynuz təbəqədə quruluq), yorğunluq (ümumi halsızlıq, gözlərin və belin ağraması ), görmə qabiliyyətinin fokuslanmağında çətinliklər yarada bilər. Həmçinin bu syahıya əzələ spazmalarını da əlavə etmək olar.

Gözlərin yorğunluğu xoş təsir bağışlamasa da bu o demək deyil ki, kompyuterdə işləmək gözlərə ziyan gətirə bilər. Pessimist fikirlərdən öncə səbəbləri aydınlaşdırmaq gərəkdir. İlk növbədə iş yerini rahat etmək, həkim-okulistin təyin etdiyi xüsusi eynəklərdən istifadə etmək gərəkdir.

Praktika göstərir ki, iş yerinin düzgün təşkil olunması gözlərin yorğunluq riskini azaldır. Yaxşısı budur monitoru bir qədər uzağa qoyasınız. Ekranın yuxarıdakı qıraqları gözlərin səviyyəsində və ya daha aşağıda olmalıdır. Mətnlərnən olan kağızları baş və gözlərin az hərəkətdə olması üçün ekrana yaxın qoymaq lazımdır, İşıqlanmanı elə təşkil etmək lazımdır ki, ekranda işıq ləkələri olmasın.

Ən əsası isə odur ki, özünüzü yaddan çıxarmayısınız. İş vaxtı istirahət etmək gərəkdir, çünki eyni pozada oturmaq göz, boyun və bel ağrılarına gətirib çıxarır. Çalışın tez-tez gözlərinizi qırpasınız. Bu gözlərin quruluğunu və yorğunluğunu aradan qaldırılmasına kömək edir.

ŞƏRH YAZIN