Gözlər xarakterin aynasıdır!

0
3459
Gözlər xarakterin aynasıdır!

 Gözlərinin rənginə bax və xasiyyətini öyrən. Bəli, bu mümkündür. İnanclara görə, gözlərin rəngindən asılı olaraq, insanın xasiyyəti haqqında danışmaq, onun ikinci yarısının necə olmasını müəyyən etmək olar.


Qəhvəyi və Qara
Yaşıl
Boz-qəhvəyi
Boz-yaşıl
Yaşıl-qəhvəyi
Mavi Göy, Boz
 

Qəhvəyi Qara gözlər

Siz güclü iradəyə və əmin xasiyyətə maliksiniz, sevgi üçün hər şeyi qurban verənlərdənsiniz. Siz qısqanc olsanızda bunu büruzə vermirsiz. Dostluqda sadiqsiniz. Siz zirvələrə qalxmağa qadirsiz, müstəqil olmağı sevdiyiniz halda, qıraq müdaxiləni xoşlamırsız.

Uyğunluq: Sizin etibarlı həyat yoldaşı kimi mavi və boz gözlü insanlar ola bilər. Burada siz böyük enerji əldə edə bilərsiz.
 
Yaşıl gözlər

Siz dünyanın ən mülayim və sevimli insanlarısınız, sadiqsiniz və səmimisiniz. Dostlarınız üçün etibarlısınız, düşmənləriniz sözü düzünə dediyiniz üçün sizi sevmir. Siz eşitməyi bacardığınız halda, özünüzdə məntiqli danışırsınız. Siz daha müvəffəqiyyətli insanlar kateqoriyasına aidsiz.

Uyğunluq: siz daha yaxşı olardı ki, məhz yaşıl gözlü və ya yaşıla çalan gözlü insan axtarasınız. Məhz bu halda siz tam xoşbəxt ola bilərsiniz.
 
Boz-qəhvəyi gözlər

Siz sakit xassiyətli yox, daha çox dözümlü və təşəbbüskarsınız. Siz sevməyi xoşlayır, ehtiraslısınız. Əgər nəyəsə vurlmusunuz isə, sizi heç kim dayandıra bilməz. Amma ehtiyatlı olun ki, məhz bu xüsusiyyət sizə qarşı da dönməsin.

Uyğunluq: əgər ailənizin möhkəm olmağını istəyirsiniz isə, eyni gözlü ikinci yarıvızı tapın.
 
Boz-yaşıl gözlər

Siz çox təsirlisiniz, inciylliyi ağır keçirirsiniz. Eyni zamanda çox ağıllı və gözüaçıqsınız. Xəyalpərəs, utancaq və təkliyi sevənlərdənsiniz. Siz hardasa romantik insansız.
 
Uyğunluq: sizin ikinci yarınız yaşıl-qəhvəyi gözlü olmalıdır. Məhz bu insanlar sizi tam xoşbəxt edə bilərlər.
 
Yaşıl-qəhvəyi gözlər

Siz hər bir çətinliyin öhdəsindən gələ bilərsiniz, güclü iradəyə maliksiniz. Sizin az danışmağınız bu zirvələri fəth etməyə kömək olur. Siz nadir hallarda əsəbləşib, depressiyaya düşə bilirsiniz. Adətən çox harmonik və mülayim xasiyyətlisiniz.

Uyğunluq: sizin üçün ən ideal olanlar boz-yaşıl gözlülərdir. Bu insan sizə zirvələri fəth etməyə kömək olacaq.
 
Mavi Göy, Boz gözlər

Siz cazibədar, iti şuurlu və coşğunsuz. Siz ünsiyyətlisiz, insanlarla tez dil tapırsız. Siz hər şeyə tez öyrəşirsiniz və tezdə onlara qarşı soyuyursunuz, yəni “tez alışıb, tez sönən” lərdənsiniz. Kinli deyilsiz. Xasiyyətinizin ən mənfi xüsusiyyəti, sizin şıltaqlığınızdır.

Uyğunluq: sizin ikinci yarınız qəhvəyi göz olmalıdır. Onunla siz özüvüzü ideal hiss edəcəksiniz. Yalnız, bu insan sizdən enerjini alıb, özü məmnuniyyətlə onu istifadə edəcək.

ŞƏRH YAZIN