Güllər nədən danışır?

0
4467
Güllər nədən danışır?

 Hər gül bir şey ifadə edir. Biri sevgi çiçəyidir, digəri ayrılıq. Başqa biri gözəlliyin rəmzidir, digəri isə, qəmginliyin. Yəni qısacası, hər gül sirlərlə doludur. Gəlin, öyrənək güllər nədən danışır?


Məsələn qızılgül.

Məhəbbət, həyat, təntənə, qələbə rəmzidir. Qədim zamanlardan bəri gənclər sevdikləri iqıza qızılgül göndərirdilər. Beləliklə də sevgisini etiraf etmiş sayılırdılar. Əgər qız qızılgülü qəbul edirsə, bu sevgiyə razılıq əlaməti hesab olunur.

Qərənfil gülü ehtiraslı məhəbbət, həyəcan əlamətidir. Lakin 20 yanvar hadisələrindən sonra bu gül əsl mənasında deyil, qəm-qüssə əlaməti olaraq rəhmətə getmiş insanların məzarlarının üzərinə qoyulur.

Su zanabğı - "Sən su pərisi kimi gözəlsən!" deməkdir.

Astra gülü - qəm- qüssə, kədər bildirir. Bir vaxtlar bir-birilərini sevmiş, sonradan hansı səbəbdənsə ayrılmış, ancaq keçmiş məhəbbətlərini unuda bilməyənlər biri-birlərinə astra gülü göndərməklə "Keçmişi xatırla, keçmiş sevgini ürəyində yaşat!" deyirlər.

Sarı gül - Ümumiyyətlə sarı güllər və çiçəklər ayrılıq rəmzi hesab olunur.

Qanqal gülü - "Səni dəlicəsinə sevirəm, bu sevgimdə məni heç bir qüvvə dayandıra bilməz." deyir. Qanqal gülü ən güclü, qorxu bilməyən ehtiraslı məhəbbət rəmzidir.

Mavi rəngli güllər - "Sakit ol, ümidünü üzmə. Yaman günün ömrü az olar, hər şey öz yoluna düşəcək." deməkdir. Suya, havaya oxşayan bu rəng sakitləşdirici gücə malikdir.

Çəhrayı rəngli güllər - "Ey gözəl, sən necə də gənc və gözəlsən, sən səmimi və hörmətə layiqsən." deməkdir.

Ağ gül - Ziddiyyəti, narazılığı ortadan götürək deməkdir və təmizlik və saflıq rəmzidir.

Boz şəbəgülü - Küsmüş sevgililər barışmaq istədikdə bir-birlərinə bu gülü göndərərlər.

İnciçiçəyi - Adı qədər zərif olan bu gül "Səni sevirəm" deməkdir

Limon yarpağı - Adətən gənclər sevdikləri qızın razılığını almaq üçün ona limon yarpağı göndərərlər.

Tam açılmış gül - "Ötən günləri xatırla." deməkdir.

Yarı açılmış gül - Yeni gün, yeni arzu, yeni dilək deməkdir.

Qönçə və ya tumurcuq - Gələcəyə inam deməkdir.

ŞƏRH YAZIN