Gülməkdən Ölmək Mümkünmü?

0
2036
Gülməkdən Ölmək Mümkünmü?

Günümüzdə ölüm halları ilə tez tez qarşılaşırıq. Kimisi əcəlindən, kimisi avtomobil qəzası, kimisi xəstəlikdən ölür. Amma tarixdə gülməkdən ölənlər də var. Çox nadir ölüm növü olsa da, bu səbəblə ölənlərə rast gəlmək mümkündür. Bu şəxsləri tanımasanız da, onlar tarixə gülməkdən ölən şəxsiyyətlər kimi düşüblər.

İlk dəfə tarixdə yunan filosofu Xrisipp (e.ə. III əsrdə yaşamışdır) uzunqulağını kefli halda görərək gülməkdən həyatını itirib.

Məşhur kahin və yunan din adamı hesab edilən Kalxas da gülməkdən ölənlər arasındadır. O, e.ə. XII əsrdə yaşayəb. Öz yetişdirdiyi üzümdən alınan şərabı dadmağa bir sıra din adamlarını dəvət edir. Yığıncaqda qonaqlardan birinin onun şərəfinə dediyi sözlər Kalxası güldürür və həmin an həyatını gülməkdən itirir.

1989-cu ildə danimarkalı həkim Ole Bentzen kinoteatrda “Wanda adlı balıq” komediyasına baxarkən zalda gülməkdən ölüb.

Şotland yazıçısı və tərcüməçi Tomas Urkuhart hakimiyyətə II Çarlzın qayıtdığını eşidərkən gülməkdən ölüb.

Gülüşdən ölmək infarktın bir növüdür, Amma bütün qəhqəhələr faciəli deyildir, gülmə təzyiqi aşağı salır, stressi azaldır və yaddaşı gücləndirir.
 
Korrektə etdi: Salmanlı Ayna

ŞƏRH YAZIN