Gülüşə görə insan xasiyyətini müəyyən edin

0
5732
Gülüşə görə insan xasiyyətini müəyyən edin

İnsanlar özü də xəbər tutmadan söhbət zamanı bir-birinə jestlər göndərir.

Həm söhbətinizin nə danışmasından asılı olmayaraq, onun mimika və, jestlərinə, bədən hərəkətlərinə nəzər yetirin. “Body language” - bədən  hərəkətləri ilə danışıq dilidir. Bu dil insanın həqiqi hiss və fikirlərini ortaya qoyur. Həmsöhbətinizin hətta gülüş və təbəssümü də çox şeydən xəbər verə bilər.
 
Əgər həmsöhbətiniz gülərkən ağzını əli ilə tutarsa, bu onun ürəksiz gülməsindən və özünə inamsızlığından xəbər verir. Bu tip insanlar ətrafdakılara açıq olmur və hamı üçün qapalı qalmağa üstünlük verirlər. Adətən utancaq olurlar. Yox, əgər həmsöhbətiniz ağzını geniş açaraq  bərkdən gülərsə o, temperamentli insanlar qrupuna aiddir. Bu insanlar özləri danışıb, başqasına qulaq asmağı sevməyənlərdir. Onlara bir az sadəlik və təmkinlik mane olmazdı.
 
Gülərkən başını dala atan insanlar geniş ürəkli, sadəlövh və hər şeyə inanan olur. Bu insanlar öz hissləri altında tez-tez gözlənilməz hərəkətlər edir.
 
İnsanın gülərkən burnunu qırışdırması onun mühafizəkar ruhundan xəbər verir. Onların hiss və fikirləri tez-tez dəyişir. Siz onu yola gətirsəniz, bu tipə məxsus olan insan öz fikrində çox qalmayacaq. Bu tipli insanlar emosional və ərköyündürlər. Dərhal əhval-ruhiyyələri dəyişir.
 
Gülərkən gözlərini qıyılması qətiyyətdən xəbər verir. Bu insanlar iti ağlı ilə seçilir. Lakin çox inadkar olurlar.
 
 

ŞƏRH YAZIN