Həftə niyə 7 gündü

0
2658
Həftə niyə 7 gündü

Həftə farsca həft sözündən götürülüb, 7 deməkdir. Həftənin 7 gün olmasının astronomik bir əsası yoxdur. 

Vaxtı ilə bir gündən uzun, bir aydan isə qısa zaman ölçüsünə ehtiyac duyuldu. Babillilər 7 günlük həftəni zaman vahidi olaraq istifadə etməyə başladılar. İlk dövrlərdə bilinən beş planet ilə günəş və ayın sayının 7 olması bu ədədi sirli və uğurlu edirdi. Dinlərə əsasən göyün 7 qat olması və təbiətdəki əsas rəng sayının 7 olması, musiqi notlarının 7 olması ədədin əhəmiyyətini daha çox artırdı…

Sonralar bir sıra dövlətlər, o cümlədən Fransa 1792 –ci ildə təqvim quruluşunu dəyişdirərək həftə günlərinin sayını 10 etdi, amma qəbul edilmədi. Rusiya da 5 günlük həftənin tətbiqinə keçdi, o da qəbul olunmadı. 

Sonda yenə də həftə 7 gün olaraq qaldı.

ŞƏRH YAZIN