Hərəkətsiz qalmayın!

0
2597
Hərəkətsiz qalmayın!

 Siz siz olun, amma hərəkətsiz qalmayın. Çünki hərəkətsizlik səbəbi ilə, hər il 5 milyon insan dünyasını dəyişir. "The Lancet" jurnalında nəşr olunan araşdırmanın nəticəsi bunu göstərir. 


Bəlli olub ki, dünya səviyyəsindəki ölümlərin təxminən 10 faizi hərəkətsiz həyatın gətirdiyi xəstəliklərdən qaynaqlanır. 15 yaşdan yuxarı hər 10 adamdan 3-ü kifayət qədər hərəkət etmir, 13-15 yaş arası uşaqların isə beşdə dördü fiziki olaraq kifayət qədər aktiv deyil. Qadınlar daha da hərəkətsizdir. Qadınlar arasında hərəkətsizlik daha çoxdur və yaş irəlilədikcə artır.

Fiziki fəaliyyətin fərqli xəstəliklərlə əlaqəsini ələ alan ikinci bir araşdırmaya görə, 2008-ci ildə qeydə alınan 57 milyon ölümün 5,3 milyonu kifayət qədər hərəkət etməməklə əlaqəlidir. Ürək damar xəstəliklərinin 6, şəkər xəstəliyinin 7, sinə və qalın bağırsaq xərçənginin 10 faizinə hərəkətsiz həyat təsir edir.

Elm adamları, hər yerə avtomobillə getmək, davamlı olaraq televiziya və ya kompüter qarşısında oturmaq yerinə insanların daha çox hərəkət etməsini təmin etmək üçün, piyada və velosipedlərin təhlükəsizliyinin təmin edilməsi, məktəbdə idman dərslərinin və xalqın pulsuz faydalana biləcəyi idman sahələrinin artırılmasını tövsiyə edib.

Araşdırmada, həftədə ən az beş dəfə yüngül və ya üç dəfə sıx fiziki fəaliyyətdə olmayan insanlar hərəkətsiz olaraq qiymətləndirilib.

ŞƏRH YAZIN