Həyatdan Öyrəndiklərim...

0
7394
Həyatdan Öyrəndiklərim...

Öyrəndim ki, inamı yaratmaq illər alır, qırmaq isə 1 dəqiqə... 

Öyrəndim ki, həyatda nələrə sahib olduğun deyil, kiminlə olduğun önəmli...

Öyrəndim ki, insanların başına nə gəldiyi deyil, həmin anda nə etdikləri önəmlidir...

Öyrəndim ki, nə qədər kiçik dilimləyirsən dilimlə hər şeyin iki üzü vardır...

Öyrəndim ki, olmaq istədiyim insan ola bilməyim çox zaman alır...

Öyrəndim ki, qarşılıq vermək düşünməkdən çox daha bəsitdir...

Öyrəndim ki, sən emosiyalarını idarə edə bilməzsən, emosiyaların səni idarə edəcək...

Öyrəndim ki, qəhrəman dediyimiz insanlar bir şey edilməsi lazım gəldiyində lazım olanı şərtlər nə olursa-olsun edənlərdir...

Öyrəndim ki, bəzi insanlar əslində sizi çox sevər, amma necə göstərəcəyini bilməzlər...

Öyrəndim ki, nə qədər qayğı və hörmət göstərsən də bəziləri heç buna qarşılıq da verməzlər...

Öyrəndim ki, pul ucuz müvəffəqiyyət imiş...

Öyrəndim ki, yıxıldığın zaman səni tapdalayacağını düşündüklərinin bəziləri səni qaldırmaq üçün əlini uzadar...

Öyrəndim ki, iki insan eyni şeyə baxıb fərqli şeylər görə bilərlər...

Öyrəndim ki, hər şəraitdə özu ilə səmimi olanlar daha uzun yol gedərlər...

Öyrəndim ki, heç tanımadığın insanlar iki saat içində həyatını dəyişdirə bilər...

Öyrəndim ki, aldığımız diplomlar insanı insan etməyə yetməz...

Öyrəndim ki, EŞQ kəlməsi nə qədər çox işlədilərsə, anlam yükü bir o qədər azalar..

Öyrəndim ki, həqiqi dostluqların arasına məsafələr girə bilməz.Elə həqiqi sevgilərin də...

Öyrəndim ki, ailə həmişə insanın yanında olmur...

Öyrəndim ki,nə qədər yaxın olursa-olsun ən yaxın dostlar belə insanı üzə bilər, onları bağışlamaq lazımdır...

Öyrəndim ki, bəzən başqalarını bağışlamaq yetmir, insanın özünü də bağışlaması lazımdır...

Öyrəndim ki, ürəyiniz nə qədər qan ağlayırsa ağlasın dünya sizin üçün dönməsini dayandıra bilməz...

Öyrəndim ki, hər problem oz içində bir fürsət saxlayır və problem fürsətin yanında qum dənəsi kimi qalar... (problemləri gözümüzdə böyütməyək)

Öyrəndim ki, sevgini tez itirə bilərsən, ancaq peşmanlığı bir ömür boyu davam edər...

Korrektor redaktor:Salmanlı Ayna

ŞƏRH YAZIN