Həyatınızdan illər alan məşğuliyyət!

0
3156
Həyatınızdan illər alan məşğuliyyət!

 Təsəvvür et ki, 100%-lik həyatının 15%-ni televizor izləmək tutur. İndi də bunun gerçək olduğunu düşün. Bəli bəli. Britaniyalı alimlərin apardıqları araşdırmadan sonra bu, məlum olub. Bu 9 ildən üç ilini insanlar təkrar verilişlərə baxırlar. Beləliklə insanlar həyatlarının 15%-ni televizora baxmaqla keçirirlər. 

 
Alimlərin keçirdikləri sorğuda 2000 nəfər iştirak edib. Onlar hər gün 3,5 saat televizor qarşısında vaxt keçirirlər. Araşdırmanın maraqlı tərəfi budur ki, insanlar digər məşğuliyyətlərə televizora baxmaqla müqayisəyə gəlinməz dərəcədə az vaxt sərf edirlər. Onlar alış-veriş etmək, sekslə məşğul olmaq və gəzintiyə çıxmağa sərf etdikləri vaxtdan beş dəfə çox vaxtı mənasız verilişlərə baxmaqla keçirilər. İnsan bütün ömrü boyu yuxarıda göstərilən məşğuliyyətlərə 650 gün vaxt sərf edirlər.

ŞƏRH YAZIN