İçimizdək Ən Böyük Hakim!

0
1941
İçimizdək Ən Böyük Hakim!

İçimizdəki ən böyük hakimin adı vicdandır. (Naməlum)

Vicdan əzabı itirilmiş ləyaqətin əks-sədasıdır. (Eduard Corc Bulver-Litton:İngilis yazıçısı və siyasi xadimi)

Vicdan məhkəməsi ən ali məhkəmədir. (Viktor Mari Hüqo:Fransız yazıçısı)

İradənə hakim ol,lakin vicdanına əsir ol!  (Aristotel:Qədim Yunan filosofu)

İnsanlar qəribədir!Pis bir iş görmək istədikdə, əvvəlcə mütləq vicdanlarını susduracaq bir səbəb tapırlar. (Xalid Ziya Uşaqlıgil:Türk ədibi və yazıçısı) 

Nə qədər ki,biz vicdanı ləkələməmişik,o,çox namuslu və müdrik hakimdir. (Onore de Balzak) 

Rahat yatmaq istəyirsinizsə,yatağa təmiz vicdanla uzanın. (Bencamin Franklin:Amerika ictimai-siyasi xadimi) 

Vicdan minlərlə şahid deməkdir. (Mark Fabi Kvintilian:Qədim Roma natiqi) 

Vicdanım hökm etməyə başlasa,mənim hökmranlığıma son qoyular. ( Napoleon Bonapart:Fransız imperatoru və sərkərdəsi) 

Yalnız özünü yalan ,azğınlıq və abırsızlıq zirehinə bürümüş şəxs vicdan məhkəməsindən çəkinməz. (Maksim Qorki:Rus yazıçısı) 

Vicdan məsələsində çoxluq qanunu işləmir. (Mahatma Qandi:Hindistan milli azadlıq hərəkatının rəhbərlərindən) 

Vicdanı təmiz olanlar adam arasına çıxmaqdan qorxmur,vicdanı ləkəliləri isə tənhalıq da qorxudur. (Litsi Anney Seneka:Qədim Roma filosofu) 

Vicdan ədalətin ən yaxşı vəkilidir. (Mari Monteqyu:İngilis yazıçısı)

Vicdan deyilən şey birinin bizə nəzarət etdiyini xəbərdar edən bir səsdir. (Henri Luis Manken:Amerika jurnalisti və satiriki)

Vicdan əzabı insanın içində bir cəhənnəmdir. (Corc Noel Qordon Baron:İngilis şairi) 

Biz onu öldürmədikcə vicdanımız səhv etməyən bir hakimdir. (Onore de Balzak) 

İncilərin ən qiymətlisini daxilinizdə gəzdirin! - o, vicdandır! (Uilyam Şekspir:İngilis dramaturqu və şairi)
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN