İdman gəzintisinə çıxın və ...

0
1811
İdman gəzintisinə çıxın və ...

 Bəzən formunu qorumaq və ya sağlamlıq üçün dənizkənarında və ya parklarda yanımızdan qaçaraq keçən insanlara qibtə edirik. Biz də qaçışdan heç bir narahatlıq keçirməyən və həyatlarından çox razı görünən o adamlardan ola bilərik. Qaçmaq şərt deyil. İdman yerişi qaçışdan az effektli deyil. Hətta ondan daha yaxşıdır. Amerikalı tədqiqatçıların qeyd olunan sahədə apardıqları tədqiqatın nəticələri bunu deməyə əsas verir. 


6 il müddətində həyata keçirilən tədqiqatda 33 min nəfər qaçışla məşğul olan adam, 16 min nəfər idman yerişi ilə məşğul olan adam iştirak edib. Qaçışın və idman yerişinin bu və ya digər xəstəliklərə təsir faktoru öyrənilib. 

Tədqiqatçılar iddia edirlər ki, idman yerişi qan təzyiqini, qanda şəkərin və lipidlərin (yağ və yağ maddələri) miqdarını azaldır, diabet xəstəliyinə tutulmaq riskini aşağı salır.

Dəqiq məlumatlar isə belədir: qaçış təzyiq riskini 4,2% azaltdığı halda, idman yerişi bu riski 7,2% azaldır. Qaçışla məşğul olan adamların diabetə yoluxmaq riski 12,1% azaldığı halda, idman yerişi ilə məşğul olan adamlarda bu göstərici 12,3%-dir. 

Tədqiqatçılar iddia edirlər ki, bu cür hərəkətlərin effektli olması üçün əsas olan sürət deyil, tempdir. Beləliklə, gəzmək qaçmaqdan daha effektlidir. Ancaq burada söhbət idman yerişindən gedir. Parkda yavaş gəzinti heç də elə effekt vermir.

ŞƏRH YAZIN