İnsan Beyini Pultu Əvəz Edəcək

0
2096
İnsan Beyini Pultu Əvəz Edəcək

BBC şirkəti Britaniyanın "This Place" tədqiqat laboratoriyası ilə belə bir saziş imzalayıb. Sazişə əsasən, televizorun şüurun gücü ilə idarəetmə texnologiyasının hazırlanması nəzərdə tutulub.

Şirkət insan beyinindən kanalları dəyişmək və sevimli şouları axtarmaq üçün adi distansiyalı pult əvəzinə istifadə etmək niyyətindədir. Bununla əlaqədar keçirilən sınaqlar zamanı 10 BBC əməkdaşına başa geyilən kiçik qarnitur və "iPlayer" proqramının sınaq versiyası təqdim olunub. Test iştirakçılarının hamısı şüurun gücü ilə pleyeri işə salıb və istədiyi teleproqramı dəyişib.
 
Qarnitur insanın beyin dalğalarını baş beyinin elektrik aktivliyi əsasında hesablayır və bu zaman televizor ekranında insanın konsentrasiyasını göstərən şkala görünməyə başlayır. İstifadəçi diqqətini lazımi əməliyyata maksimum yönəldən zaman proqram onu tanıyır və lazımi kanalı və ya şounu qoşur. Əvvəlcə insanın "iPlayer" proqramı haqqında düşünməsi tələb olunur, bundan sonra əlavə ardıcıl 5 populyar şounu göstərməklə hər birinin üzərində 10 saniyə dayanır. Şoulardan biri istifadəçinin xoşuna gəldikdə, sistem bunu anlayır və kanalların dəyişməsini dayandırır.
 
Bu texnalogiya daha çox fiziki baxımdan adi pultdan istifadə edə bilməyən insanlar üçün nəzərdə tutulub.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN