İnsan zəkası geriləyir???

0
1696
İnsan zəkası geriləyir???

 Zaman keçdikcə insan zəkası da yavaş yavaş geriləyir. İnsan zəkası 120 nəsildən yəni son 3000 ildən bu yana zəifləyib. Bunu mən yox, amerikalı bir tədqiqatçı deyir. ,


Kaliforniya Universitetinin bioloqu Gerald Krabtri, "Trends in genetics" jurnalına verdiyi müsahibəsində belə deyib.
 
"Məsələn antik Yunanıstandan bir qonaq gəlsəydi o bizdən daha ağıllı olardı. Bu adam bizdən daha yaradıcı olduğu kimi, yaxşı bir yaddaşa da sahib olardı" - Gerald Krabtri belə deyib.
 
Krabtrinin tezisi belədir: "Əvvəllər beynini istifadə etməyən insan qidalana və ya vəhşi heyvanlardan koruna bilməzdi. Yəni yalnız ən ağıllı insanlar həyatda qala bilərdi. Bu da insan zəkasının dayanmadan inkişafını təmin etmişdir. Halbuki əkinçiliyin kəşf edilməsindən sonra insanlar, zəif fərdlərin də qorunduğu böyük qruplarda yaşamağa başladı və artıq böyük qruplarda daha çox ortaya çıxan xəstəliklərdən qorunma səyi, zəkadan daha əhəmiyyətli hala gəlmişdir."

ŞƏRH YAZIN